Elon Musk, Vladimir Putin-in süni zəka barəsindəki bəyanatına cavab verdi

Elon Musk, Vladimir Putin-in süni zəka barəsindəki bəyanatına cavab verdi

04.09.2017 PAYLAŞIM

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi Elon Musk, Rusiya Federasiyası prezidenti Vladimir Putin-in, süni zəka sahəsindəki liderin, dünyaya hakimlik edəcəyi bəyanatına cavab verib.

4 Sentyabr tarixində Musk, özünün Twitter hesabında Putin-in bəyanatına link yerləşdirərək, onu, “Başladı” sözünün müşaiyəti ilə paylaşıb. Daha sonra Musk, öz mövqeyini aydınlaşdırdı. “Çin, Rusiya, yaxın zamanda – kompüter elmlərində güclü olan bütün ölkələr. Süni zəka sahəsindəki liderlik uğrunda milli səviyyədə yarış, çox güman ki, Üçüncü Dünya Müharibəsinin səbəbi olacaq” – deyə Musk qeyd edib. Onun fikrincə müharibə, konkret bir ölkə tərəfindən deyil, süni zəkanın özü tərəfindən başladıla bilər. Onun sözlərinə əsasən hər hansısa bir dövlət bu cür məsələlərin həlli üçün güclü süni zəka texnologiyasını əldə edə bilər.

Bu halda dövlət onu biznesdən, lazımi təhdidlər vasitəsilə ala bilər. Qeyd etmək lazımdır ki, söhbət, Vladimir Putinin, 1 Sentyabr tarixində tələbələr və məktəblilər ilə görüş zamanı səsləndirdiyi bəyanatından gedir. Həmin görüşdə prezident bildirmişdi ki, süni zəka sahəsindəki monopoliyanın konkret insanların əlində olmağını istəmir. “Süni zəka nəinki Rusiyanın, hətta bütün insanlığın gələcəyidir. Burda böyük imkanlar və bugün proqnozlaşdırılması çətin olan təhlükələr var” – deyə Putin bildirmişdi. Bundan əlavə o qeyd etmişdi ki, süni zəka sahəsindəki lider, dünyanın hakimi olacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×