
Elon Musk, “PayPal”dan X.com domenini geri alıb.
Qeyd etmək lazımdır ki, Elon Musk, “PayPal”ın təsisçilərindən
biri olub. “X.com” şirkəti,
Elon Musk-ın Zip2-dan sonra ikinci startapı idi. Layihə, 1999-cu ildə istifadəyə
verilmişdi və online banking mövzusunu əhatə edirdi. 2001-ci ildə isə “X.com”, “Confinity”
şirkəti ilə birləşdi və adını “PayPal”a dəyişdi. Həmin vaxtda şirkətin
direktorlar şurasının qərarına əsasən Elon Musk öz vəzifəsindən azad edildi. Məlumata
əsasən X.com domeni, Elon Musk-a 3 İyul tarixində keçmişdi. “PayPal” təmsilçiləri
bu xəbəri təsdiqləyiblər. Lakin domenin alınma qiyməti barəsində heç bir məlumat
verilməyib. 2014-cü ilin sonunda ona oxşayan bir başqa domen (Z.com) 6.8 milyon
dollara satılmışdı. Bu səbəbdən bir sıra məlumatlara əsasən X.com domenini geri
almaq, Elon Musk-a 5 milyon dollara başa gəlib. Elon Musk-ın özü isə həmin
domeni nəyə görə geri aldığı barədə heç bir məlumat verməyib.
Şərh yoxdur