
Ağır raket sinfinə aid olan Falcon Heavy-nin ilk uçuşu Yanvar ayında baş tutacaq.
Həmin raket Mars planetinin orbitinə daxilində mərhum David Bowie-nin “Space Oddity” mahnısının səslənəcəyi Tesla Roadster avtomobilini göndərəcək. Bu barədə Musk öz Twitter səhifəsində bildirib.
“Təyinat nöqtəsi Marsın orbitidir. Əgər raketin uçuş startı zamanı o partlamasa, raket Mars planetinin orbitində milyardlarla il ərzində qalacaq” – deyə o qeyd edib.
Musk bildirib ki, yük kimi o, albalı rəngində olan öz Tesla Roadster avtomobilini göndərəcək. Avtomobilin daxilində isə David Bowie-nin “Space Oddity” mahnısı səslənəcək. Falcon Heavy ağır raketi, ağır raket sinfinə aid olan Falcon 9 əsasında hazırlanıb. Onun ilk testləri bu ilin May ayında uğurla keçirilib. Lakin buna baxmayaraq Musk dəfələrlə qeyd etmişdi ki, Falcon Heavy-nin ilk uçuş startı riskli ola bilər.
Şərh yoxdur