main-post-cover

    Elon Musk, yaratdığı OpenAI adlı süni zəka təşkilatından ayrıldı

    21.02.2018
    Farid Pardashunas
    Elon Musk həmtəsisçisi olduğu və süni zəka üzrə tədqiqatlar aparan qeyri-kommersiya təşkilatı olan OpenAI-nin direktorlar şurasından ayrılıb.
        Bu qərar öz növbəsində Musk-ın digər layihəsi olan “Tesla” arasındakı konfliktlərin yaranmasının qarşısını alacaq. Qeyd etmək lazımdır ki, “Tesla” hal-hazırda süni zəka əsasında avtopilotun yaradılması üzərində çalışır. “Tesla-nın süni zəka inkişafına öz diqqətini ayırması ilə bağlı Musk-ın getməsi gələcəkdə maraqlar arasındakı konfliktlərin yaranmasının qarşısını alacaq” – deyə OpenAI bildirib. Musk sözügedən təşkilatdan getsə də, ona həmişəki kimi investisiya yatıracaq və öz konsultasiyalarını verəcək.
        Təşkilat həmçinin yeni investorlar haqqında da məlumat verib. Yeni investorlar arasında “Valve” şirkətinin təsisçisi Gabe NewellSkype-ın yaradıcısı Jaan Tallinn var. Əldə olunacaq yeni investisiyalar əməkdaşlara və süni zəka sahəsində innovasiyalara yönləndiriləcək. Nəzərinizə çatdıraq ki, OpenAI 2015-ci ilin sonunda Musk və ABŞ-ın məşhur Y Combinator akselerasiya mərkəzinin təsisçisi Sam Altman tərəfindən yaradılmışdır. Süni zəka sahəsindəki tədqiqatlardan başqa təşkilat həmçinin özünün süni zəka alqoritmlərini də hazırlayır. Məsələn təşkilat tərəfindən yaradılmış süni zəka botu 2017-ci ilin Avqust ayında məşhur Dota 2 oyununda professional oyunçuya çempionat çərçivəsində qalib gəlmişdi.
    Linki kopyala