Elon Musk yeni Tesla Roadster-in uça biləcəyinə işarə etdi

Elon Musk yeni Tesla Roadster-in uça biləcəyinə işarə etdi

20.11.2017 PAYLAŞIM

Keçən həftəki xəbərimizdə bildirmişdik ki, “Tesla” şirkətinin təsisçisi Elon Musk Tesla Semi yük maşınını və Tesla Roadster idman avtomobilinin yenilənmiş versiyasını təqdim edib.

Bu avtomobil saatda 100 km sürəti 2 saniyədən az bir vaxtda yığır və onun maksimal sürəti saatda 400 km-ə bərabərdir. Lakin məlum olub ki, avtomobilin xüsusiyyətləri bununla bitmir. Dünən Elon Musk öz Twitter hesabında bildirib ki, yeni Roadster, avtomobilə uçmaq imkanını verə biləcək əlavə texniki paket əldə edə bilər.


“Bizim yeni Roadster modelimizin qısa məsafələrdə uçacağını tam olaraq demirəm. Lakin hər şey ola bilər. Və burda məsələ texnoloji tərəfdə deyil, təhlükəsizlik tərəfdədir. Avtomobillərə raket texnologiyalarının tətbiqi inqilabi imkanlara yolun açılmasında yardımçı ola bilər” – deyə Musk bildirib.

Yenilənmiş Roadster növbəti 2 il ərzində bazara çıxmalıdır. Bu isə o deməkdir ki, avtomobilin uçuş funksiyasının təkmilləşdirilməsi üçün kifayət qədər vaxt var. Bununla belə Elon Musk-ın bir neçə müddət bundan öncə etdiyi böyük bəyanatları nəzərə alsaq, yenə də 2020-ci ilə kimi səbr etmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×