
Elon Musk, Instagram səhifəsində “Boring Company” şirkəti tərəfindən inşa edilmiş yeraltı tunnelin daxilində elektrik avtomobilinin fotosunu paylaşıb.
Facebook milyarderlərinin həyatı.
Sözügedən elektrik avtomobili isə “Tesla” tərəfindən istehsal edilən Model S-dir.
Bundan əlavə olaraq Musk, yeraltı tunneldə keçirilmiş yeni testin videosunu da
təqdim edib. Nəzərinizə çatdıraq ki, yeraltı tunnellərdə avtomobillər özləri hərəkət
etməyəcəklər. İdeyanın əsas məğzi ondan ibarətdir ki, avtomobillər ilk öncə lift
vasitəsilə həmin tunellərə enəcəklər. Daha sonra isə avtomobillər xüsusi
elektrik platformalara yerləşdiriləcəklər. Həmin elektrik platformalar isə öz
növbəsində avtomobili, maqnit relslərin sayəsində saatda 300 km sürətlə lazımi
yerə çatdıracaqlar. Musk-ın təqdim etdiyi yeni test videosunda sözügedən platforma,
saatda 324 km sürətlə hərəkət edib. Qeyd etmək lazımdır ki, hətta inşası bitməmiş
tuneldə Tesla Model S çox effektli təsir bağışlayır.