main-post-cover

    Əminsiniz ki, süni zəkanın potensialını tam olaraq başa düşürsünüz?

    Elm & Texnologiya
    11.06.2017
    Farid Pardashunas
    Medium saytının istifadəçisi Sarvasv Kulpati, süni zəkanın xeyri barədə bütün mübahisələrin kökünün nədə olması barədə fikrini təqdim edib. Onun fikrincə bir çox insanlar süni zəkanın əsl potensialını başa düşmürlər. Özünüzü 17-ci əsrdə yaşamış insanın yerinə qoyun. Həmin vaxtlarda sənayeləşdirmə prosesi çox ləng çalışırdı. İnsanlar hər şeyi öz əlləri ilə düzəldirdilər. İrimiqyaslı istehsal prosesi isə prinsipcə yox idi. Həmin vaxtlarda yaşamış işçilər üçün indiki dövr əsl möcüzə kimi görünərdi. Onlar üçün 23 mərtəbəli binanı inşa etmək qeyri-mümkün olardı. Həmin vaxtdan indiki günə kimi cihazlar çox dəyişdi. Sənaye inqilabı bizlər üçün sürətli istehsal gücünü verərək əvvəllər yaradılması qeyri-mümkün görünən obyektlərin bugünki gündə reallaşdırılması imkanını yaratdı. Göydələnlər, böyük gəmilər, avtomobillər, evimizdə olan mebellər və s. kimi ixtiralar məhz sənaye inqilabının vasitəsilə həyata keçirilib. Sənaye inqilabı bizlərə, reallaşması mümkün olanın keçmiş sərhədlərini unutmağa və əvvəllər yaradılması qeyri-mümkün görünən şeylərin yaradılması imkanını verdi. Başqa sözlə desək, sənaye inqilabının məğzi bunda idi: Onun sayəsində insanlar, fiziki əməyi əl ilə görməyə son qoydular. Bu sərhədlərdən azad olaraq bizlər, qaldırıcı kranları və avtomobilləri yaratdıq. Onlar insandan fərqli olaraq daha çox ağırlığı qaldıra bilirlər. Təkcə fiziki güclərinin hesabına onların nail olduqları nailiyyətlər indi bizə təbii gəlir. Süni zəkanı yeni sənaye inqilabı adlandırırlar. İnsanlar düşünürlər ki, bütün problemlərin həllini süni zəkanın əsasında təqdim etdiklərində onlar dünyanı dəyişə biləcəklər.
    Müştərilər ilə iş xidməti? Onu bota dəyişin. Məlumatların analitiki? Onu, özünü təkmilləşdirən alqoritm ilə əvəz edin. Mağazalarda və digər yerlərdə çalışan kassirlər? Onların işlərini Amazon Go, yaxşı səviyyədə yerinə yetirə bilər. Hal hazırda insanlar yalnız bir mövzu haqqında düşünürlər. Süni zəka, varolan problemləri necə həll edəcək? Biz başa düşmürük ki, o həmçinin o problemləri də həll edəcək hansıların ki, varolmaları barəsində heç düşünmürük də. Süni zəka haqqında onun, hal hazırki problemləri həll edəcək bir sistem kimi düşünmək lazım deyil. 17-ci əsrdə adi insan düşünmürdü ki, o, 23 mərtəbəli binanı inşa etmək və ya onu saatda 100 km sürətlə aparacaq avtomobili yaratmaq istəyir. “Əgər mən insanlardan soruşsaydım ki, onlar nə istəyirlər, onlar məndən daha sürətli atlar istəyəcəkdilər” – deyə vaxtı ikən Henry Ford bildirmişdi. Hal hazırda varolan sistem və sahələrin təkmilləşdirilməsi haqqında düşünməkdənsə, təsəvvür edin ki, süni zəka necə yeni sahələr yarada bilər. Nəzərə alsaq ki, süni zəka, insanı fiziki sərhədlərdən azad edəcək, onda onun vasitəsilə biz mental sərhədlərdən də azad ola bilərik. Bununla yanaşı cihazların gücü bizim gücümüzü 100 dəfə üstələdiyi kimi süni zəka da bizi zəka baxımından 100 dəfə üstələyəcək. Süni zəka, bizim anladığımızdan daha çox anlamaq potensialına malikdir. İlk baxışdan həlli tapılmamış elmi tapşırılqarın sərhədləri gələcək robotlar vasitəsilə tamamilə məhv ediləcək. Fiziki tapşırıqlar isə indikindən fərqli olaraq 1000 dəfə daha sürətli həll ediləcək. Lakin biz fiziki və ağıl əməyindən azad olsaq, onda biz nə ilə məşğul olmağa başlayacağıq?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər