
Ən çox enerji sərf edən mobil tətbiqlər
Elm & Texnologiya
19.02.2018
Emil
“Avast” şirkətinin tədqiqatçıları ən çox enerji sərf edən tətbiqlər barəsində iki top siyahı hazırlayıblar.
Həmin tətbiqlər bir qayda olaraq ya
fon rejimində çalışaraq, yada istifadəçi tərəfindən istifadə olunaraq enerji sərf
edirlər. Sözügedən hesabat 2017-ci ilin İyul-Sentyabr ayları ərzində dünyadakı
3 milyon smartfonları əhatə edir. Birinci top siyahıya smartfonun işə düşməsi
zamanı fon rejimində hansısa işi görmək üçün nəzərdə tutulmuş və avtomatik prosesə
başlayan tətbiqlər daxil olub. Bu siyahıdakı ilk 3 yeri Samsung smartfonlarına
quraşdırılmış tətbiqlər tutublar: Cihazlarla uzaqdan idarə üçün Link tətbiqi, proqram təminatının
yenilənməsi üçün olan tətbiq və ChatON messenceri. Həmin siyahıda sonrakı yerləri
Google Maps və ən məşhur messencer WhatsApp tutublar.

İkinci top siyahıda isə istifadəçilər tərəfindən
işə salınaraq ən çox enerji sərf edən tətbiqlər yer alıb. Bu siyahıda ilk iki
yeri Samsung tətbiqləri tutublar: Ştrix kodların skan olunması üçün tətbiq və
media player. Daha sonrakı yerlərdə Netflix, Snapchat və Line tətbiqləri qərarlaşıblar.
Bu sadalanmış tətbiqlərdən hansılarısa pozsaz və ya istifadəsini məhdudlaşdırsaz,
smartfonunuzun enerji sərfiyyatını aşağı endirə bilərsiniz.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
