Ən çox istifadəçi kütləsinə sahib veb brauzerlərin reytinqi tərtib olunub

Ən çox istifadəçi kütləsinə sahib veb brauzerlərin reytinqi tərtib olunub

Texnologiya
27.05.2021 PAYLAŞIM

    Atlas VPN servisinin tərtibatçıları ən çox istifadə olunan veb brauzerlərin reytinqini tərtib ediblər. Onların məlumatlarına əsasən bu məsələdə Google Chrome öz liderliyini qoruyur və dünya əhaləsinin yarısı bu brauzerdən istifadə edir. Maraqlısı ondadır ki, tərtib olunmuş reytinqdəki bəzi brauzerlər təəccübləndirici yerləri tutublar. Sözügedən reytinqin tərtib olunması üçün brauzerlərin bazarda sahib olduqları pay göstəriciləri götürülüb və həmin göstəricilər internet istifadəçilərinin konkret sayına çevrilib. Nəticədə hər bir brauzerdən hansı sayda istifadəçinin istifadə etdiyini təyin etmək mümkün olub. Lakin qeyd etmək lazımdır ki, təqdim edilmiş göstəricilərin 100% dəqiq olduqlarına zəmanət verilmir.


    Beləliklə sözügedən reytinqə inansaq. bu ilin aprel ayı üzrə statistikaya əsasən 3.258.256.887 nəfər insan Google Chrome brauzerindən istifadə edir. Bu isə Yer kürəsinin bütün əhaləsinin 40%-ni təşkil edir. Reytinqin ikinci pilləsində Apple şirkətinin Safari brauzeri qərarlaşıb. Məlumata əsasən 944.576.100 nəfər insan bu brauzerdən istifadə edir. Yerdə qalan brauzerlər isə Google ilə Apple şirkətlərinin məhsullarından bir xeyli geridə qalırlar. Beləliklə 181 milyon istifadəçi kütləsi ilə üçüncü yeri Firefox, 171 milyon istifadəçi kütləsi ilə dördüncü yeri Microsoft Edge, 167 milyon istifadəçi kütləsi ilə beşinci yeri Samsung Internet, 112 milyon istifadəçi kütləsi ilə isə altıncı yeri Opera tutur. Təəccüblü məqam ondan ibarətdir ki, bu reytinqə Samsung Internet brauzeri daxil olub. Belə ki, sözügedən brauzerdən yalnız smartfonlarda istifadə olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×