
Ən məşhur VPN servisləri Çindən olan şirkətlərə aiddirlər
Elm & Texnologiya
05.07.2019
Emil
VPNpro saytının tədqiqatına əsasən Çindən olan şirkətlər böyük VPN servislərinin 30%-ni idarə edir. Bir qayda bu barədə məlumat ictimaiyyətə verilmir. Bu barədə Macdigger saytı xəbər verib. VPNpro saytı hansı VPN servislərin Çin şirkətlərinə aid olduğunu xarici mənbələr üzrindən təyin edib. Məsələn Innovative Connecting şirkəti öz strukturuna daxil olan digər şirkətlər vasitəsilə Autumn Breeze 2018, Lemon Cove, All Connected və əlavə 7 VPN servisini idarə edir.
Çində VPN servislər yarıleqal şəkildə çalışırlar. Onlardan istifadə edən istifadəçilər cərimə oluna bilərlər. Bununla yanaşı yerli qanunvericilik istifadəçilərin məlumatlarının qorunmasına zəmanət vermir. Belə ki, onlar istifadəçiləri məlumatlandırmadan məlumatları üçüncü tərəfə ötürə bilərlər. Mütəxəssislər VPN servisi seçimində istifadəçilərin ehtiyyatlı olmalarını və öz barəsində heç bir məlumatı gizlətməyən servislərdən istifadə etmələrini məsləhət görürlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
