
Ən rahat və komfortlu mouse təqdim edildi
Elm & Texnologiya
07.09.2017
Orxan
Əgər mouse istifadə
edərkən rahat edə bilmirsinizsə, Logitech tərəfindən inkişaf etdirilən yeni
mouse modeli MX ERGO istifadəçilərə sərhədsiz rahatlıq vəd edir!
Logitech, həssaslıq
və rahatlığa önəm verən istifadəçilər üçün hazırladığı MX ERGO Wireless Trackball Mouse modelini təqdim etdi

Touchpad-lərə
alternativ axtaran və trackball istifadə etməyi sevənlər üçün hazırlandı.
Standart mouse istifadəsiylə müqayisədə əzələ gərilməsini yüzdə 20 nisbətində azaldan mouse, altında
olan nizamlana bilən metal dəstəyi sayəsində mouse-un 0-20 dərəcə arasında bir bucağa nizamlanmasını təmin edir.
Logitech Easy-Switch
və Logitech Flow texnologiyasına
sahib MX ERGO, eyni anda birdən çox
cihazı problemsiz şəkildə nəzarət edərək, kompüterlər arasında məzmun və sənədləri
kopyalayıb yapışdırma şansı tanıyır.
Yalnız 1 dəqiqə içində 1 tam günlük istifadə üçün kafi güc əldə
edən mouse, tam şarj edildiyində təxminən 120 gün komfortlu bir istifadə təqdim
edir.
Logitech MX ERGO
Trackball Mouse-in sentyabr ayında təklif olunan pərakəndə qiyməti 109 avro ilə satışa təqdim edilməsi
gözlənilir.
MX ERGO Wireless
Trackball Mouse texniki xüsusiyyətləri

Ölçülər: 98 mm x 47 mm x 135 mm
Ağırlıq: 260 gr
Əlaqə: Unifying ve Blueooth
Şarj: 120 gün
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
