
Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
Elm & Texnologiya
23.09.2024
Aslan
Çin, dənizin dibində elektromaqnit siqnallarından istifadə etməklə sualtı qayıqların aşkarlanma məsafəsini 20 km-ə çatdırıb. Hətta sistemin ən səssiz sualtı qayıqları belə aşkar etdiyi bildirilir.
Alimlər, aşağı tezlikli siqnalları analiz edərək potensial olaraq hərbi hədəfləri təyin edə və izləyə biləcəklərini bildiriblər. Sualtı qayıqlar, pərlərini döndərərkən aşağı tezlikli elektromaqnit dalğaları yaradırlar. Lakin bu dalğalar, keçirici dəniz suyunda sürətlə zəiflədikləri üçün indiyə qədər yalnızca qısa məsafələrdə aşkar edilə bilirdilər. Yeni işlənib, hazırlanmış üsul isə bu siqnalları dənizin içindən deyil, dəniz dibindən alaraq məsafəni əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olub. İndiyə qədər sualtı qayıqlar ən çox 2.5 km məsafədən aşkar edilə bilmişdi. Bu yeni texnologiya ilə isə bu məsafə 20 km-dən çox olur və tədqiqatçılar gələcəkdə bu məsafənin 50 km-ə çata biləcəyini proqnozlaşdırırlar.

Çinli alimlər, siqnalları dəniz suyundan deyil, dəniz dibindən alaraq bu uğura nail olublar. Sualtı qayıq pərlərinin yaydığı elektromaqnit dalğaları, dəniz dibindəki qayalıq təbəqələrə doğru yayılır. Pərlər döndükcə, bu dalğaların intensivliyi hər kilometrdə təxminən 0.173 desibel azalır. Bu azalma, dəniz suyunda olduğundan daha azdır, yəni siqnalların dəniz dibində aşkar edilmə məsafəsi daha uzundur. Bu üsul, uzun müddətdir dəniz geoloqları tərəfindən sualtı neft və qaz axtarışlarında istifadə olunsa da, sualtı qayıqları izləmək üçün indiyə qədər istifadə edilməmişdi. Bununla belə, elektromaqnit siqnallarının zəif olması və dəniz dibindəki təbii və ya hərbi olmayan mənbələrdən gələn səs-küy, bu texnologiyanın istifadəsini çətinləşdirir. Alimlər, zəif siqnalları mürəkkəb mühitlərdə aşkar etmək üçün yeni bir alqoritm də inkişaf etdiriblər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
