
Amerikada bir şirkət ən sevdiyiniz mahnını, arzu etdiyiniz səs
qeydini divarınıza asa biləcəyiniz bir sənət əsərinə çevirir. İstər uşağınızın
ilk dəfə “ana-ata”deyişini, ya da ən
sevdiyiniz mahnını kağız üzərində əbədiləşdirə bilərsiniz.Bu vizual sizə psixiatrların istifadə etdiyi Rorshach testini xatırlada bilər lakin
gözləriniz sizi aldatmasın; bu mücərrəd sənət əslində bir mahnıdır!
Vibrato musiqi anlayışı olaraq bir cür səsin tonlarını sürətlə dəyişdirərək fərqli səslər tutmağa deyilir. Bu həm vokal ifaçıları həm də alət çalan musiqiçilər tərəfindən istifadə edilir.
Vibrato şirkəti isə, olduqca analoq bir üsul istifadə edərək səs dalğalanmalarını ilə bir baxıma Otoportret rəsimə çevirir.
Yüngül sulandırılmış mürəkkəb bir dinamikin üzərinə çəkilən plastik bir təbəqəyə damladılır.
Mürəkkəb səsdən gələn dalğalanma ilə sanki rəqs edir və yayılaraq özünə xas bir vizual yaradır.
Ortaya çıxan bu mürəkkəb ləkəsi daha sonra kompüter mühitində
çap olunur və son halına gətirilir.Bu cəhdin yaradıcısı Ismael Sanchez daha qısa və daha düz səslərin
nazildilmiş mürəkkəblə daha yaxşı ortaya çıxdığını izah edir.
Ortaya çıxan vizualın çox xüsusi olması üçün cihazın da buna
görə təchiz edilməsi lazımdır. Məsələn daha qüvvətli ya da enişli-yoxuşlu səslər
çox daha çox dalğalanma yaratdığı üçün mürəkkəbi dağıda bilir, buna görə səslər
şəkilə çevirmək üçün əvvəlcə düzgün nizamlamaların edilməsi lazımdır.Sevgilisi Ashley Langa ilə birlikdə bu fikri evində sınamağa
başlayan Ismael, ses gücləndiricilərin sesini günlərlə yüksək səsdə saxlayınca
qonşularından olduqca çox şikayət eşidirdi.
Lakin Ismael və Ashley-in kəşfi səslərin vizuallaşması mövzusunda daha orqanik yollar axtaran şəxslərə möcüzə bir texnika təqdim edir.
Cihazın son halı çölə səs vermir, yəni narahat olan qonşular artıq söz mövzusu deyil.
Arrival filmini izləyənlər yadplanetlilərin dilini xatırlaya bilər, Sanchez-ində ilhamı da çox oxşar bir nöqtədən gəlir.
Yazıçı mürəkkəbi ilə təzyiq üsulları çalışarkən, sinestezi anlayışı ilə tanış olan Ismael Sanchez insanların fərqli duyğularını bir-biriylə ortaq şəkildə hiss edilə biləcəyini öyrəndi.
Bu da onun duyğularımız və qurduğumuz rabitə arasındakı əlaqəni sorğulamasına səbəb oldu.
“İnsanların seçim etdiyi ünsiyyət yolları ümumiyyətlə düz və tək ölçülüdür,” deyir Sanchez və əlavə edir
“Sesler bəzilərimizin birimizlə danışarkən istifadə etdiyi yollardan biridir və səsləri başqa fromalarda istifadə edə biləcəyimiz ya da görəcəyimiz yolların olması mənim marağımı çəkir.”
Arrival filmindəki heptapodların dili əslində bunun tam tərsi idi çünki hər hansı bir səslə təmsil edilmədən bir məna ifadə edirdi.
Vibrato vizualların bununla ortaq nöqtəsi isə hər bir
vizualda olan sirr və insanların burada əslində
nəyə baxdıqlarını anlamır olmasıdır.Sanchez belə izah edir, “Vibrato, haradan gəldiyini öyrəndiyiniz
zaman tamamilə yeni bir məna qazanır.”
Nəticə olaraq bu vizuallar eynilə bizim barmaq izlərimiz kimi fərqli səslərə aid bənzərsiz izlərdir!
Ən sevdiyiniz səsin mürəkkəb halını görmək istəsəniz Ismael və Ashley-i səhifəsinə buradan baxa bilərsiniz.
Şərh yoxdur