
Ən sürətli genişzolaqlı internet, Sinqapur, İsveç və Tayvandadır.
Bu siyahıda ABŞ, 21-ci, Kanada, 26-cı, İngiltərə, 31-ci yerdə
qərarlaşıb. 189 ölkə üzrə aparılmış tədqiqat nəticəsində məlum olub ki, Azərbaycan
bu siyahıda 102-ci, Rusiya Federasiyası isə 43-ü yeri tutur. Ən zəif internet,
Burkina-Faso, Qabon və Yəməndədir. M-Lab-ın, 189 ölkə üzrə apardığı araşdırma əsnasında
məlum olub ki, ən sürətli yükləmə sürətinə sahib olan ölkə Sinqapurdur (saniyədə
55.13 Mbit). İkinci yeri İsveç (saniyədə 40.16 Mbit) tutub. Üçüncü yerdə isə
Tayvan (saniyədə 34.40 Mbit) qərarlaşıb. 21-ci yeri tutumuş ABŞ-da bu göstərici,
saniyədə 20.00 Mbit, 26-cı yeri tutmuş Kanadada bu göstərici, saniyədə 18.03
Mbit, 31-ci yeri tutmuş İngiltərədə isə bu göstərici, saniyədə 16.51 Mbit sürət
təşkil edir. 43-cü yerdə qərarlaşmış qonşu ölkə Rusiyada orta yükləmə sürəti,
saniyədə 11.59 Mbit-dir. 102-ci yeri tutmuş ölkəmizdə isə orta yükləmə sürəti,
saniyədə 2.67 Mbit-dir. Araşdırmanın nəticəsində qeyd olunur ki, Sinqapur vətəndaşı,
Full HD formatlı (7.5 GB) filmi, 18 dəqiqə 34 saniyə ərzində yükləyə bilər.
Amerikalıda həmin müddət 51 dəqiqə 13 saniyə, britaniyalıda isə 1 saatdan bir qədər
çox zaman təşkil edəcək. Bir azərbaycanlı isə Full HD filmi yükləmək üçün 6
saat 23 dəqiqə 20 saniyə vaxt sərf etməli olacaq. Nəticələrin olduğu tam siyahı
ilə bu linkdən tanış ola bilərsiniz.
Şərh yoxdur