Ən ucuz qatlana bilən ekranlı telefon: Pablo Escobar Fold 2 təqdim olundu

Ən ucuz qatlana bilən ekranlı telefon: Pablo Escobar Fold 2 təqdim olundu

Texnologiya
04.02.2020 PAYLAŞIM

        Pablo Escobarın qardaşı tərəfindən hazırlanan Escobar markalı qatlana bilən ekranı olan telefonlar keçən il satışa çıxmışdı. Keçən ilin ən ucuz qatlana bilən ekrana malik modeli olan Escobar Fold-un bu səfər Escobar Fold 2 modeli təqdim olundu. Qeyd edək ki, bu telefonlar Roberto Escobar tərəfindən hazırlanır. 

2019-da satışa çıxan Escobar Fold 1, 349 dollar ilə ən ucuz qatlanan ekranı olan telefon olmuşdu. Escobar Fold 2 isə 399 dollara satışa çıxacaq.

Bənzər xəbər


        Şəkildə soldakı model Escobar Fold 2 modeli, sağda isə Galaxy Fold modeli yerləşir. Cihazın parametrlərinə gəldikdə isə 7.3 düym ekran, 3 arxa kamera (12 MP+12MP+16 MP), öndə isə 2 kameraya (8 MP+10MP) malikdir. Prosessor olaraq Snapdragon 855 istifadə edən cihazda 4380 mAh batareya tutumu var. Həmçinin fiziki barmaq izi sensoru da cihazda mövcuddur. Escobar İnc. tərəfindən açıqlanan məlumata görə şirkət hazırda 200.000 ədəd istehsal etmə bacarığına malikdir. Telefonun 8 GB ramlı və 128 Gb yaddaşa malik versiyası 399 Dollara satışa çıxacaq. 12 GB Ram və 512 GB yaddaşı olan model isə 549 dollara satışda olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×