main-post-cover

    Ən yaxşı kameraya malik smartfon: DxOMark, Xiaomi Mi 10 Pro-nu seçdi

    Elm & Texnologiya
    13.02.2020
    Nijat Hamid
            Daha bu səhər təqdim olunan Xiaomi Mi 10 Pro, smartfonlara kamera testləri edərək xal verən DxOMark qurumu tərəfindən ən yaxşı kameraya malik smartfon olaraq seçildi. DxOMark saytında testləri yayımlanan smartfonun kamerasına verilən xal 124-dür. Qeyd edək ki, 1-cilik əvvəl Huawei Mate 30 Pro 5G modelinə aid idi. Lakin Xiaomi Mi 10 Pro-nu təqdim edərək 1-ci sıraya yerləşdi.

    Xiaomi Mi 10 Pro, ümumi kamera performansına görə 124 xal, şəkil performansına görə 134 xal, video performansına görə isə 104 xal verildi.

            Huawei Mate 30 Pro ümumi 123 xal almışdı. Xiaomi Mi 10 Pro isə 124 xal alaraq Mate 30 Pro-nu keçdi. Digər tərəfdən cihazın video performansına baxdığımız da isə görürük ki, çox da fərqli bir təcrübə yaşatmır. Belə nəticəyə gəlmək olar ki, bu smartfon möhtəşəm şəkillər çəkməyinizə şərait yaratsa da, video performansı olaraq mükəmməl deyil. DxOMark tərəfindən edilən bütün testlərə ətraflı baxmaq üçün bu linkə daxil ola bilərsiniz. Xiaomi Mi 10 və Mi 10 Pro haqqında daha ətraflı oxumaq üçün yazdığımız bu məqaləyə baxa bilərsiniz. 

    Xiaomi Mi 10 Pro

    • Ekran: 6,67 düym, 2340 x 1080 piksel və 90 Hz Super AMOLED, 19,5:9 ekran/gövdə nisbəti, 403 PPI pisel sıxlığı, Gorilla Glass 6, HDR10+ dəstəyi

    • Prosessor:  Qualcomm Snapdragon 865 (2,84 GHz 8 nüvə), Adreno 650 GPU

    • RAM: 8 GB, 12 GB LPDDR5

    • Yaddaş: 128 GB, 256 GB, 512 GB (UFS 3.0)

    • Arxa Kamera: 108 MP f/1.33 geniş bucaqlı, 20 MP f/2.2 telefoto, 8 MP f/2.2 ultra geniş bucaqlı,12 MP f/2.2 dərinlik sensoru, HDR, cüt rəng flaş, OIS və EIS

    • Video: 8K 30 FPS, 2K 60 FPS, 1080p 30-120-240-960 FPS dəstəyi

    • Ön Kamera: 20 MP geniş bucaqlı, 1080p 30 FPS video çəkiliş

    • Batareya: 5250 mAh, 50 W naqilli, 30 W naqilsiz, 10 W əks şarj

    • Qoşulmalar: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C

    • Əməliyyat sistemi: Android 10.0 + MIUI 11

    • Ölçüləri: 162.6 x 74.8 x 8.96 mm

    • Ağırlıq: 208 gram

    Linki kopyala