
Enerjini hava üzərindən ötürəcək yeni naqilsiz şarj texnologiyası hazırlanıb
Elm & Texnologiya
26.07.2023
Emil
Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları yeni naqilsiz şarj texnologiyasını hazırlayıblar. Hazırlanmış yeni naqilsiz şarj texnologiyası cihazın hətta uzaq məısafədə olduğu zaman da yüksək göstəricidə faydalı iş əmsalını təmin edir. Bu cür texnologiya vasitəsilə mobil cihazları naqilsiz şarj stansiyalarına yerləşdirmədən şarj etmək mümkün olacaq. Yeni növ naqilsiz şarj texnologiyasının əsasını hər biri 7.2 sm-lik enə sahib iki ədəd dairəvi anten təşkil edir. Tədqiqatçıların aparmış olduqları təcrübə çərçivəsində məlum olub ki, bu cür naqilsiz şarj texnologiyası cihazın şarj stansiyasından 18 sm aralıda yerləşdiyi zaman 80%-lik effektivlik sərgiləyib. Gözləntilərə əsasən bu cür texnologiya enerjinin cihaza hava vasitəsilə ötürülməsi prosesini sadələşdirəcək və bu halda cihazı şarj stansiyasının üzərinə yerləşdirməyə ehtiyac qalmayacaq.
Paylaş
Bənzər xəbərlər