main-post-cover

    Ericsson şirkəti 5G şəbəkəsində yeni sürət rekorduna imza atdı

    Elm & Texnologiya
    14.02.2020
    Farid Pardashunas
        Artıq bütün dünya üzrə 5G şəbəkə texnologiyasının inteqrasiyasına start verilib və telekommunikasiya şirkətləri sözügedən texnologiyanın təkmilləşdirilməsinə davam edirlər. Beləliklər Ericsson şirkəti kommersiya məqsədli məhsuldan istifadə edərək 5G şəbəkəsində məlumatların sürətli ötürülməsində yeni rekorda imza atdığını elan edib. Bu barədə Techradar saytı xəbər verib. Şirkətin hesabatına əsasən o, millimetrlik dalğaların 800 MHz spektrini özündə birləşdirən təchizatdan istifadə edərək 5G şəbəkəsində saniyədə 4.3 Gbit yüklənmə sürətini əldə edib.
        Şirkət qeyd edib ki, bu nəticə əvvəlki nəticələrdən daha yüksəkdir. Belə ki, əvvəlki 5G şəbəkə testlərində ortalama olaraq saniyədə 1 Gbit yüklənmə sürətini əldə etmək olurdu. Yeni test çərçivəsndə məlumatar Snapdragon X55 5G modeminə sahib smartfona ötürülüb. “Bu, fantastik nəticədir. Saniyədə 4.3 Gbit sürət 4K keyfiyyətində olan 1 saatlıq kontentin 14 saniyəyə yüklənməsinə bərabərdir” - deyə şirkət bildirib. Ericsson qeyd edib ki, yeni təchizat artıq bu ilin sonuna kimi kommersiya məqsədləri üçün istifadə olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər