
Ericsson və Nvidia şirkətləri də koronavirus səbəbilə bu ilki MWC-də iştirak etməyəcəklər
Elm & Texnologiya
10.02.2020
Emil
Bu ayın sonunda Barselonada keçiriləcək MWC 2020 sərgisində koronavirus səbəbilə iştirak etməyəcək şirkətlərin sayı getdikcə artır. Belə ki, LG şirkətindən sonra Ericsson və Nvidia şirkətləri də bu ilki sərgidə iştirak etməyəcəklərini elan ediblər. Bu barədə Gagadget saytı xəbər verib.
“Biz, MWC-nin təşkilatçılarından biri olan GSMA-ya artıq bildirmişik ki, bu ilki sərgiyə öz əməkdaşlarımızı göndərməyəcəyik. Koronavirus səbəbilə əhali səhhətinə olan riskləri nəzərə alaraq əməkdaşlarımızın, partnyorlarımızın və müştərilərimizin təhlükəsizliklərinin təmin olunması bizim üçün əsas məqsəddir. MWC, dünyanın əsas texnoloji tədbirlərindən biridir. Biz, AI, 5G və vRAN sahələrində olan yeni texnologiyalarımızı sərgiləməkdən ötrü səbrsizlənirik. Təəssüf edirik ki, bu il gələ bilməyəcəyik. Lakin bizim fikrimizcə bu, düzgün qərardır” - deyə Nvidia şirkəti qeyd edib.
Ericsson şirkətinin təmsilçiləri qeyd ediblər ki, hətta riskin böyük olmadığı halda da onlar öz əməkdaşlarının və müştərilərinin təhlükəsizliklərinin təmin olunmasına zəmanət verə bilmirlər.
“Əməkdaşlarımızın, müştərilərimizin və bizim işimizdə maraqlı olan digər tərəflərin səhhətləri ilə təhlükəsizliklərinin yaxşı olması bizim üçün ən öndə gedən məqamdır. Bu qərarı biz heç də asanlıqla vermədik. Biz, MWC-də öz yeni məhsullarımızı sərgiləməkdən ötrü səbrsizlənirdik. Təəssüf hissi keçirdərək biz inanırıq ki, ən düzgün iş qərarı bu il sərgidə iştirak etməkdən imtinadır” - deyə Ericsson şirkəti bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
