Əslən azərbaycanlı olan İqor Aşurbəyli-nin azad kosmik dövlət layihəsi Asgardia sonunda Yer kürəsindən kənara çıxdı

Əslən azərbaycanlı olan İqor Aşurbəyli-nin azad kosmik dövlət layihəsi Asgardia sonunda Yer kürəsindən kənara çıxdı

Texnologiya
15.11.2017 PAYLAŞIM

Dünyanın ilk “azad kosmik dövləti” olan Asgardia sonunda Yer kürəsi sərhədindən kənara çıxdı.

Bu layihənin təmsilçilərinin azad data mərkəz kimi adlandırdıqları Asgardia-1 adlı peyk Cygnus kosmik gəmisinin daxilində kosmosa göndərildi. Bu data mərkəzinin daxilində 0.5 TB-lıq məlumat yerləşir. Onların arasında konstitusiya, dövlət simvolu, Asgardia vətəndaşları haqqında məlumatlar və s. yerləşir. Cygnus kosmik yük gəmisini özündə birləşdirmiş Orbital ATK Antares adlı raket ABŞ-ın Virciniya ştatındakı kosmodromdan start götürmüşdü.



Bu kosmik yük gəmisi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) müxtəlif növ ehtiyyatları çatdırandan sonra Yer kürəsinin orbitinə Asgardia-1 peykini buraxacaq. Kiçik peyk 512 GB-lıq yaddaş həcminə sahibdir. Onun daxilində Asgardia-nın 300.000 sakinin məlumatları, dövlət simvolu və konstitusiyası kimi məlumatlar yerləşir. Əraziyə sahib olmayan, heç kim tərəfindən qəbul edilməyən və özünə ad kimi qədim Skandinaviya mifologiyasında səmada yerləşən şəhərin adını götürmüş dövlət ilk baxışdan elmi-fantastikadan gəlmiş bir hadisə kimi görünür. Lakin layihənin yaradıcısı və əslən azərbaycanlı olan İqor Aşurbəyli (sahibkar və “Almaz-Antey” konstruktor bürosunun keçmiş sabiq rəhbəri) Asgardia-nı tam ciddi şəkildə azad dövlət kimi qurmağı planlaşdırır.


Məlumata əsasən Aşurbəyli BMT-dən təsdiq gözləyir. Bu barədə BMT-yə ərizənin verilməsini Aşurbəyli, Asgardia saytında 100.000 insanın qeydiyyatdan keçməsindən sonra planlaşdırırdı. Rəsmi olmayan məlumatlara əsasən qeydiyyatdan keçmiş insanların sayı 300.000-dir. Lakin saytdakı göstərici 100.000-dən bir qədər çox ədədi göstərir. Hər halda BMT-yə hələki ərizə verilməyib. Əvvəlki məlumatlara əsasən Asgardia-da idarəetmə tamamilə konstitusiya monarxiyası olacaq və İqor Aşurbəyli kral və milltəin lideri kimi çıxış edəcək.

Lakin hələki Asgardia-nın saytında parlament seçkilərinə hazırlıq gedir. Vətəndaşlar arasındakı namizədlər həmçinin parlament seçkilərində iştirak edə bilərlər. Bundan əlavə olaraq yeni dövlət bütün kontinentlərdə öz səfirliklərini istifadəyə verməyi və vətəndaşlara pasport verməyi planlaşdırır. Bəzi mütəxəssislər bu layihəni artıq “beynəlxalq hüquqa meydan oxuma” kimi qiymətləndiriblər. Belə ki, kosmosda azad dövlətin qurulması 1967-ci ildə qəbul olunmuş Kosmos haqqında müqavilənin prinsiplərinə cavab vermir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×