Əsrin İT müqaviləsi. 'Broadcom' ilə birləşmək üçün 'Qualcomm' daha çox pul istədi

Əsrin İT müqaviləsi. 'Broadcom' ilə birləşmək üçün 'Qualcomm' daha çox pul istədi

Texnologiya
22.11.2017 PAYLAŞIM

“Broadcom”un “Qualcomm”u alması təklifi “Qualcomm” tərəfindən rədd ediləndən sonra hesab etmək olardı ki, bu məsələ bitib. Lakin bu məsələ tamamilə yeni istiqamətə yönəldi.

Qualcomm” şirkətinin təmsilçilərinin bir neçə müddət bundan öncə verdikləri məlumatda qeyd olunmuşdu ki, “Broadcom” tərəfindən təklif olunmuş 130 milyard dollar (hər bir səhmə görə 70$) ilə şirkət “Qualcomm”u yaxşı qiymətləndirməyib. “Broadcom”un bu barədə hansısa fikiri bildirməsini gözləmədən “Qualcomm” bu müqaviləyə hansı qiymətə razılaşacağını bildirib. Bu barədə Bloomberg saytı xəbər verib.

“Əgər təklif 8 rəqəmindən başlasaydı, biz onda maraqlı olardıq. Bu öz növbəsində “Broadcom”u daha yüksək qiymət göstəricili təklif ilə müraciət etməsinə ruhlandırmalıdır” – deyə “Qualcomm” səhmlərinin bir hissəsinin sahibi və Artisan International Value Fund adlı investisiya fondunun CEO-su Daniel O’Keefe bildirib.

Şirkətin səhmlərinə sahib digər bir şəxsin sözlərinə əsasən sözügedən müqavilə o zaman bağlana bilər ki, “Broadcom” “Qualcomm”un hər bir səhmi üçün 85-95$ təklif etsin. Görünür, “Qualcomm” və “Broadcom” öz aralarında danışıqlar aparmağa davam edirlər. Buna görə də bu iki böyük şirkətin gələcəkdə birləşməsi istisna deyil.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×