Əsrin İT müqaviləsi. 'Broadcom' 'Qualcomm'u 130 milyard dollara ala bilər

Əsrin İT müqaviləsi. 'Broadcom' 'Qualcomm'u 130 milyard dollara ala bilər

Texnologiya
07.11.2017 PAYLAŞIM

“Broadcom” şirkəti “Qualcomm”un hər bir səhminə 70$ ödəməyə hazırdır.

Əgər razılıq əldə olunsa, bu, İT sahədə texnoloji şirkətin ən böyük alışı olacaq. “Qualcomm”un PR xidməti rəsmi olaraq təsdiq edib ki, “Broadcom” onlara alış ilə bağlı müraciət edib. Onlar “Qualcomm”u hər səhmə görə 60$ valyuta və 10$-ı öz səhmlərini verməklə almaq istəyirlər. “Broadcom” hal hazırda “Qualcomm”un səhm qiymətlərindən 10% daha yüksək qiyməti təklif edir.

Bütün bunlara baxmayaraq “Qualcomm” bu barədə hələki heç bir fikir bildirmir. Hal hazırda maliyyəçilər və hüquqşünaslar ilə konsultasiya prosesi gedir və şirkətin direktorlar şurasının hələki yekun bir qərarı yoxdur. Android Police saytının verdiyi xəbərə əsasən ABŞ höküməti bu müqavilənin bağlanmasına qarşı çıxa bilər. Bu baxımdan sözügedən müqavilənin bağlanmasında bir sıra çətinliklər var.


Qeyd etmək lazımdır ki, “Broadcam” kompüter çiplərinin istehsalı ilə məşğuldur və yarımkeçirici istehsalçıları arasında ən böyük 20 şirkət sırasına daxildir. 2016-cı ildə onu “Avago Technologies” şirkəti almışdır. Müqavilənin baş tutacağı halda onun dəyəri rekord göstərici hesab olunan 130 milyard dollar olacaq. Hal hazırda internet, və texnologiya sahəsindəki ən böyük bağlanmış müqavilə “EMC” ilə “Dell” şirkətləri arasındakı müqavilədir. Belə ki, 2015-ci ilin sonunda “Dell” “EMC”ni 67 milyard dollara almışdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×