
Essential Phone 2 smartfonunun ilk sxematik fotoları aşkar edilib
Elm & Texnologiya
07.02.2019
Emil
Slashgear saytının mütəxəssisləri internetdə Essential şirkətinin yeni smartfon modeli olacaq Essential Phone 2-nin sxematik fotolarını aşkar ediblər. Aşkar edilmiş fotolardakı smartfon modeli tamamilə çərçivəsiz ekrana sahiibdir. Ekranın yuxarı hissəsinin mərkəzində standart çıxıntı hissə əvəzinə ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir.

Bundan əlavə olaraq Essential Phone 2 ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz olunacaq. Bu texnologiya smartfonun aşağı hissəsində yerləşən rəqəmsal idarəetmə düyməsinə inteqrasiya ediləcək. Essential Phone 2 USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq.

Qeyd etmək lazımdır ki, birinci Essential Phone-da 3.5 mm-lik audiogiriş hissəsi yox idi. Essential Phone 2 səsli idarəetmə sisteminə sahib olacaq. Həmin sistem smartfonda yerləşdiriləcək süni zəka texnologiyası vasitəsilə reallaşdırılacaq. Təəssüflər olsun ki, smartfon barəsində heç bir digər məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
