
Məşhur insayder Evan Blass öz Twitter hesabında təqdim olunacaq BlackBerry Ghost adlı smartfon barəsində məlumatlar verib.
Məlumata əsasən bu smartfonu daha öncə BlackBerry brendi altında cihazlar istehsal etmiş “TCL” şirkəti hazırlamır. Yeni smartfonu Hindistanın Optiemus adlı mobil operatoru istehsal edəcək. Belə ki, bu mobil operator Hindistanda BlackBerry brendi altında cihazların istehsalı üçün lisenziyanı alıb.
Sony bu dəfə bazardan çəkilməyi düşünür!
Təqdim olunmuş fotodan da görmək olar
ki, yeni BlackBerry modeli müasir dizayn trendlərini özündə birləşdirəcək.
Kiçik çərçivələr və 18:9 nisbətində olan ekran. Blass-ın məlumatına əsasən
BlackBerry Ghost seriyanın premium smartfonu olmalıdır. Smartfon barəsində digər
məlumatlar isə gizli saxlanılır. Hal-hazırda BlackBerry brendinin ən aktual
modeli orta göstəricilərə və QWERTY
klaviaturaya sahib olan KEYOne-dır.
Şərh yoxdur