
Məşhur insayder Evan Blass öz Twitter səhifəsində Galaxy S9 və S9+ modellərinin yeni fotolarını paylaşıb.
Təqdim olunmuş yeni fotolarda smartfonları hər tərəfdən müşahidə etmək olar. Beləliklə fotolardan da görmək olar ki, yeni modellər keçən ilki Galxy S8 və S8+ smartfonlarından xarici görünüşcə heç də fərqlənməyəcəklər. Şüşə və metaldan hazırlanmış həmin korpus, nazik çərçivələrə sahib həmin böyük ekran ölçüsü.
"Samsung", Galaxy S9-un hazırlanmasına start verib
Dizayn baxımından dəyişiklik yalnız barmaq izi skanının yerləşdiyi yerə şamil olunub. Belə ki, yeni modellərdə o, arxa kameranın alt hissəsində yerləşəcək. Galaxy S9+ modelini adi Galaxy S9-dan fərqləndirəcək cəhət isə onun ikili arxa kameraya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, yeni Galaxy S seriyasının modelləri 25 Fevral tarixində təqdim olunacaqlar. Onların 16 Mart tarixində isə satışa çıxmaları gözlənilir.
Şərh yoxdur