
Məşhur insayder Evan Blass Galaxy S9 və S9+ modellərinin ön panellərinin keyfiyyətli fotolarını təqdim edib.
Galaxy S9 və S9+ modelləri keçən ilki Galaxy S8 və S8+ modellərindən fərqlənməyəcəklər. Evan Blass-ın təqdim etdiyi fotolar bunu sübut edir. Beləliklə ön paneldən yeni smartfonlar bizləri təəccübləndirməyəcəklər. Belə ki, ekran ölçüləri və çərçivələr Galaxy S8 və S8+ modellərindəki kimi qalacaq. Evan Blass həmçinin qeyd edib ki, Galaxy S9 və S9+ modelləri Star və Star 2 kod adlarına sahibdirlər. Smartfonlar öz aralarında yalnız daxili yaddaş həcmi və kameralar ilə fərlənəcəklər.
Galaxy S6 haqqında hər şey!
Hər iki smartfonun
arxa kamerası f/2.4 və f/1.5 diafraqmalarına sahib olacaq və həmin diafraqmalar
arasında istəyə uyğun olaraq keçid etmək mümkün olacaq. Yalnız Galaxy S9 bir
arxa kameraya, Galaxy S9+ isə iki arxa kameraya sahib olacaq. Hər iki
smartfonun ön panelində 8 MP-lik kamera yerləşdiriləcək. ABŞ bazarı üçün
smartfonlar Snapdragon 845 prosessoru, qalan regionlar üçün isə Exynos 9810
prosessoru vasitəsilə çalışacaqlar. Yeni Galaxy modellərinin anonsu 25 Fevral
tarixində baş tutacaq.
Şərh yoxdur