
Evan Blass, iPhone 8-in fotosunu təqdim etdi
Elm & Texnologiya
08.08.2017
Emil
Məşhur insayder Evan Blass, qoruyucu keysin daxilində olan iPhone 8-in fotosunu təqdim etdi.
O, həmin fotonu öz rəsmi Twitter hesabında izləyiciləri ilə
bölüşüb. Güman olunur ki, fotodakı keys, “Urban Armor Gear” şirkətinin istehsalı olan keysdir. Qeyd etmək
lazımdır ki, bu şirkət artıq iPhone 7 üçün bir sıra keysləri istehsal edib.
Fotodan da görmək olar ki, iPhone 8, nazik çərçivələrə sahib böyük ekran ilə təchiz
olunacaq. Onun ön panelindəki çərçivənin yuxarı hissəsində isə kamera ilə
audiogücləndiricilər yerləşdiriləcək. Bundan əlavə olaraq fotodakı cihazın, Touch
ID özəlliyinə sahib Home düyməsindən azad olduğu görünür. Bir çox mütəxəssislərin
fikrincə bu il “Apple” öz məşhur məhsulunun yeni dizaynını təqdim etməlidir.
Belə ki, bu il şirkət, iPhone-nun 10 illiyini qeyd edəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
