
Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Elm & Texnologiya
25.01.2024
Emil
Golden Reviewer ləqəbli blogger Samsung Exynos 2400 və MediaTek Dimensity 9300 flaqman prosessorlarının qrafik çiplərini müxtəlif bençmarklarda testlərini reallaşdıraraq onların performanslarını digər prosessorların qrafik çiplərinin performansları ilə müqayisə edib. Beləliklə məlum olub ki, Exynos 2400 prosessorunun tərkibindəki AMD RDNA 3 arxitekturalı Xclipse 940 qrafik çipi bütün ənənəvi bençmarklarda Snapdragon 8 Gen 3-ün qrafik çipindən 10-15% daha ləng çalışır.

Təkcə 3DMark SolarBay ray tracing texnologiyası testində Exynos 2400 prosessoru Snapdragon 8 Gen 3-dən bir qədər irəli keçə bilib. Bununla belə Exynos 2400 (9.3 vatt) Snapdragon 8 Gen 3-dən (11.7 vatt) daha az enerji sərf edir. Məlum olub ki, Geekbench 6-da Exynos 2400-ın 10 ədəd nüvəsinin hamısına yüklənmə zamanı enerji sərfiyyatı 23 vatt-a yüksəlib. Bu isə smartfon üçün çox böyük göstəricidir. Mobil prosessorlar arasında Dimensity 9300 bütün qrafik bençmarklarda ən yaxşı nəticələri sərgiləyib. Təkcə 3DMark SolarBay ray tracing texnologiya testi zamanı Dimensity 9300 prosessoru Exynos 2400-dan geridə qalıb.







Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
