
Exynos 2400-ın qrafik çipi Apple A17 Pro-nun qrafik çipini geridə qoyub
Elm & Texnologiya
19.01.2024
Emil
X (keçmiş Twitter) istifadəçilərindən biri Exynos 2400 prosessoruna sahib Galaxy S24 smartfonunun 3DMark Wild Life Extreme bençmarkındakı test nəticəsinin fotosunu təqdim edib. Məlum olub ki, Exynos 2400-ın sahib olduğu qrafik çip daha əvvəlki flaqman Exynos prosessorunun qrafik çipi ilə yanaşı həmçinin Apple A17 Pro prosessorunun qrafik çipindən də daha güclüdür. Təqdim edilmiş fotoya əsasən Exynos 2400-a sahib Galaxy S24 smartfonu 3DMark Wild Life Extreme bençmarkında 4042 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Exynos 2200 eyni bençmarkda 1968 xal, Apple A17 Pro isə 3608 xal toplayır.

Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
