
Exynos 2400-ın qrafik çipinin digər prosessorlardakı qrafik çiplərdən daha güclü olduğu iddia edilir
Elm & Texnologiya
27.10.2023
Emil
Son məlumat sızıntılarına əsasən Galaxy S24 və Galaxy S24+ smartfonları Exynos 2400 prosessoru ilə təchiz olunacaqlar. Sözügedən smartfonların ortaya çıxmış Geekbench test nəticələri də bu məlumatı təsdiqləyirlər. Samsung-un verdiyi məlumata əsasən Exynos 2400-ın qrafik çipi digər şirkətlərin analoqlarından daha güclüdür.
“Exynos 2400 gələn il satışa çıxacaq smartfonlara quraşdırılacaq. O çox yaxşı səviyyədə çalışacaq, Belə ki, o, digər şirkətlərin sahib olduqları analoqlardan fərqli olaraq daha yüksək performanslı qrafik çipə sahibdir” - deyə Samsung-un top meneceri bildirib.
Qeyd etmək lazımdır ki, söhbət, Xclipse 940 adlı qrafik çipdən gedir. Sözügedən qrafik çip AMD şirkətinin RDNA 3 arxitekturası əsasında hazırlanıb. Samsung təmsilçisinin sözlərinə əsasən sözügedən qrafik çip Snapdragon 8 Gen 3-də istifadə edilən Adreno 750 adlı qrafik çipdən daha performanslı olacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
