
Exynos 2400 və Snapdragon 8 Gen 3 for Galaxy prosessorları AnTuTu testlərində müqayisə edilib
Elm & Texnologiya
18.01.2024
Emil
Galaxy S24 smartfon seriyasında Samsung şirkəti müxtəlif prosessorlardan istifadə praktikasına geri qayıtdı. Belə ki, Galaxy S24 və S24+ modelləri satışa çıxacaqları regionlardan asılı olaraq Exynos 2400 prosessorunu və ya Snapdragon 8 Gen 3 for Galaxy prosessorunu əldə edəcəklər. Galaxy S24 Ultra modeli isə bütün regionlarda Snapdragon 8 Gen 3 for Galaxy vasitəsilə çalışacaq. İndi isə məlum olub ki, insayderlərdən biri Galaxy S24 smartfonları ilə tanış olaraq onlarda AnTuTu bençmarkını işə sala bilib və beləliklə Galaxy S24 smartfonlarının performans səviyyələrini yoxlayıb.

Təqdim edilmiş fotolardan da görmək olar ki, AnTuTu bençmarkı Galaxy S24 və S24 Ultra smartfonlarında işə salınıb. Galaxy S24 AnTuTu testlərində ümumilikdə 1 699 940 xal, Galaxy S24 Ultra isə ümumilikdə 1 814 945 xal toplayıb. Qeyd etmək lazımdır ki, AnTuTu testlərindən Galaxy S24-ün Exynos 2400 prosessoruna sahib versiyası keçib. Ümumi əldə edilmiş xallar mövzusunda adi Galaxy S24 modeli Galaxy S24 Ultra-dan geridə qalsa da, onların qrafik çiplərinin əldə etdikləri xallar demək olar eynidirlər. Lakin mərkəzi prosessor və RAM yaddaşı mövzularında adi Galaxy S24 modeli Galaxy S24 Ultra-dan geridə qalıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
