
Exynos 2400 və Snapdragon 8 Gen 3-ün GPU test nəticələri ortaya çıxıb
Elm & Texnologiya
13.10.2023
Emil
İnternetdə Exynos 2400 və Snapdragon 8 Gen 3 prosessorlarının qrafik çiplərinin test nəticələri ortaya çıxıb. Testlər Galaxy S24+ və Galaxy S24 Ultra smartfonları çərçivəsində aparılıb. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Galaxy S24+ smartfonu Exynos 2400 vasitəsilə, Galaxy S24 Ultra smartfonu isə Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq. Sözügedən prosessorların qrafik çiplərinin ortaya çıxmış test nəticələrinə əsasən söyləmək olar ki, Exynos 2400-ın qrafik çipi Snapdragon 8 Gen 3-ün qrafik çipindən o qədər də geridə qalmayıb.

Qeyd etmək lazımdır ki, Exynos 2400-da AMD şirkəti ilə birgə hazırlanmış Xclipse 940 qrafik çipi, Snapdragon 8 Gen 3-də isə Adreno 750 adlı qrafik çipdən istifadə edilir. Beləliklə ilk növbədə aparılmış OpenCL testi çərçivəsində Galaxy S24+ smartfonu 14 918 xal, Galaxy S24 Ultra smartfonu isə 15 055 xal toplayıb. Qrafik çiplərin bu nəticələri arasındakı fərq sadəcə 0.9% təşkil edir. Vulkan testində isə nəticələr bir qədər fərqli olublar. Belə ki, Vulkan testi çərçivəsində Galaxy S24+ modeli 15 479 xal, Galaxy S24 Ultra modeli isə 17 031 xal toplayıb. Beləliklə Vulkan testləri çərçivəsində Galaxy S24 Ultra modeli Galaxy S24+ modelindən 10% daha üstün olub.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Honor X50-nin qlobal bazarda təqdimatı hazırlaşır
Honor şirkəti yay fəslində Çində Honor X50 smartfonunu təqdim etmişdi.

Elm & Texnologiya
OLED ekranlı ilk MacBook nə zaman təqdim olunacaq?
Ross Young adlı məşhur insayder Apple şirkətinin OLED ekranlı MacBook-u nə zaman təqdim edəcəyi barəsində məlumat verib.

Cihazlar+
Snapdragon 8 Gen 3 prosessorunu ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib
Qualcomm şirkəti artıq bu ayın sonunda Snapdragon 8 Gen 3 flaqman prosessorunu təqdim edəcək.

Cihazlar+
Huawei öz smartfonlarına mikroskopik kameranı inteqrasiya edəcək
Studimo adlı saytın təqdim etmiş olduğu 48 səhifəlik PDF sənəddə Huawei şirkətinin mikroskopik kamerası barəsində məlumatlar əks olunub.

Cihazlar+
Yaxın 5 ildə ekranları avtomatik bərpa olunan smartfonlar satışa çıxacaqlar
CCS Insight şirkətinin analitiklərinin proqnozlarına əsasən 2028-ci ilə qədər bazarda ekranları avtomatik şəkildə bərpa olunan smartfonlar satışa çıxacaqlar.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
