
Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
Elm & Texnologiya
17.10.2024
Emil
Samsung şirkəti iyul ayında maliyyə hesabatını təqdim edən zaman bildirmişdi ki, o, Exynos 2500 flaqman prosessoru üzərində çalışır. Daha sonra isə bu prosessorun Geekbench testlərindən keçdiyi məlum olmuşdu. Məlum olub ki, Exynos 2500 prosessoru yenidən Geekbench-də ortaya çıxıb. Lakin bu dəfə prosessorun konfiqurasiyasında bəzi dəyişikliklər reallaşdırılıb. Yeni məlumata əsasən Exynos 2500 özündə 2.59 GHz tezlikdə çalışan 3 ədəd güclü Cortex-X925 nüvəsini, 2.25 GHz tezlikdə çalışan 5 ədəd Cortex-A725 nüvəsini və 1.75 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A520 nüvəsini birləşdirir.
Beləliklə 8 nüvəli Exynos 2400 ilə müqayisədə Exynos 2500 prosessoru 10 nüvədən təşkil edilib. Bununla yanaşı məlumatda qeyd edilib ki, prosessorun qrafik imkanlarından cavabdeh olan AMD Radeon əsaslı Xclipse 950 adlı qrafik çip 1.3 GHz tezlikdə çalışır. Çox güman ki, Samsung şirkəti Exynos 2500-ın müxtəlif versiyalarını test edir. Lakin istisna deyil ki, şirkət sözügedən prosessoru iki versiyada təqdim etsin. Standart versiya və daha yüksək performanslı versiya.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
