Logo
    main-post-cover

    Exynos 2600 flaqman prosessoru Geekbench testlərindən keçib

         Samsung şirkəti hal-hazırda Exynos 2600 flaqman prosessoru üzərində çalışır. İndi isə məlum olub ki, hazırlanan bu yeni prosessor Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasına əsasən Exynos 2600 prosessoru özündə 1 ədəd 3.55 GHz tezlikli supernüvəni, 3 ədəd 2.96 GHz tezlikli nüvəni və 6 ədəd 2.46 GHz tezlikli nüvəni birləşdirir. Prosessorun qrafik imkanlarından isə Xclipse 960 qrafik çipi cavabdehdir. Beləliklə prosessor Geekbench-in birnüvəli testi çərçivəsində 2155 xal, çoxnüvəli testi çərçivəsində isə 7788 xal toplayıb. Bu göstəricilər daha əvvəlki model olan Exynos 2500-ın göstəricilərindən sadəcə bir qədər yüksəkdir. Bu isə Geekbench testlərindən Exynos 2600-ın ilkin versiyasının keçməsi ilə izah oluna bilər. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən Exynos 2600 ilk dəfə gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S26 seriyasında istifadə ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Exynos 2600 flaqman prosessoru Geekbench testlərindən keçib | Technote