Logo
    main-post-cover

    Exynos 2600 prosessoru yeni Geekbench testlərində flaqman nəticələr sərgiləyib

         Görünür, Samsung şirkəti 2 nanometrlik texnoloji prosesi sonunda mənimsəyə bilib. Qeyd etmək lazımdır ki, şirkət hal-hazırda bu texnoloji proses əsasında Exynos 2600 prosessoru üzərində çalışır. Hələ iyul ayında Exynos 2600 prosessoru bençmark testlərindən keçmişdi. Lakin həmin vaxtda prosessor olduqca aşağı nəticələr sərgiləmişdi. İndi isə Exynos 2600 yenidən Geekbench testlərindən keçib və bu dəfə öz nəticələri ilə diqqəti cəlb edib. Belə ki, Samsung-un bu yeni flaqman prosessoru Geekbench-in birnüvəli testi çərçivəsində 3309 xal, çoxnüvəli testi çərçivəsində isə 11256 xal toplayıb. Bu cür nəticələr Exynos 2600 tərəfindən Snapdragon 8 Elite prosessorunu geridə qoyur. Gözləntilərə əsasən Exynos 2600 prosessoru ilk dəfə gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S26 smartfon seriyasında istifadə ediləcək.
    Paylaş