
South China Morning Post saytının verdiyi məlumata əsasən iPhone X-ə sahib olan qadın Face ID texnologiyasının ona oxşamayan tərəfdaşının üzünü skan edərək smartfonu blockdan çıxartması nəticəsində cihazı iki dəfə “Apple” servisinə təqdim edib.
Face ID texnologiyası Nankin adlı şəhər sakininin üzünü onun iş yoldaşının üzü ilə səhv salır. Servis işçiləri ilk dəfə ona inanmadılar və nəticədə qadın həmin servisə rəfiqəsi ilə birlikdə getməli olub. Servisdə qadın texnologiyanın necə səhv çalışmasını göstərib. Problemin həqiqətən də olduğunu anlayan servis işçiləri qadından üzr istəyərək problemin ön kamerada olduğunu bildiriblər və qadına yeni iPhone X modeli veriblər.
Face ID və Touch ID. Hansı yaxşıdır?
Lakin ikinci smartfon da həmin səhvi etməyə başlayıb. Face ID
texnologiyası yenidən smartfonun əsl sahibəsinin üzünü onun rəfiqəsi ilə səhv
salmağa başlayıb. Halbuki onlar bir-birilərinə o qədər də oxşamırlar. Bu hadisədən
sonra qadın yenidən servisə qayıdaraq ikinci iPhone X-i qaytarıb və öz pulunu
götürüb. Qadının bundan sonra hansı smartfonu aldığı isə bilinmir. Hər halda
yeni smartfonun “Apple”
məhsulu olmayacağı dəqiqdir.
Şərh yoxdur