
Face ID ilə bağlı insanları maraqlandıran 11 sual
Elm & Texnologiya
19.09.2017
Emil
Face ID funksiyası, iPhone X-in ən çox müzakirə olunan
yeniliklərindən biridir. “Apple” sizin üz məlumatlarınızı özündə saxlayacaq mı?
Əgər sizə hansısa oğru hücum edib telefonunuzu tələb etsə, onda üz skanı
funksiyasını necə tez deaktiv etmək olar? Şirkətin proqram təminatının
hazırlanması üzrə vitse-prezidenti Craig Federighi, bu və digər suallara cavab
verməyə çalışıb.
Face ID, müxtəlif ölkələrdə necə çalışacaq?

iPhone X-in təqdimatı zamanı şirkətin marketinq üzrə baş
vitse-prezidenti Phil Schiller qeyd etmişdi ki, Face ID, milyarda yaxın üz
fotolarını analiz edib. Federighi-nin sözlərinə əsasən şirkət, müxtəlif ölkələrdən
olan insanların üz fotolarını yığıb və analiz edib. Bu isə o deməkdir ki, Face
ID funksiyası geoqrafik və etnik özəllikləri nəzərə alır.
Mənim üz məlumatlarıma kimlər sahib olacaq?

İlkin olaraq bu alqoritmin təlimi üçün yığılmış məlumatlar “Apple”da
lazımi səviyyədə qorunub saxlanılır. Lakin sizin üz məlumatlarınızı şirkət əldə
edə bilməyəcək. Federighi bu barədə tam aydınlıqla cavab verib. “Biz, Face ID
ilə çalışan istifadəçinin məlumatlarını yığmırıq. Bütün məlumatlar sizi
cihazınızda qalacaq və alqoritmin təlimi üçün hətta bulud servisə də göndərilməyəcək”.
Saqqal saxlasam və ya saç düzümümü dəyişsəm, iPhone məni
tanıyacaq mı?

Face ID, üzdə olan dəyişikliklərə uyğun olaraq öyrəşmək
qabiliyyətinə sahibdir. Həmin özəllik sayəsində smartfon, hətta siz saqqal
saxlasaz, saç düzümünüzü dəyişsəz və plastik əməliyyat keçirtsəz belə, sizi
tanıyacaq. Dəyişikliklərə öyrəşmə prosesi, smartfonun daxilində gedir və bu
zaman məlumatlar bulud servisə göndərilmir. “Apple” qeyd edib ki, heç bir
ehtimalda sizi məlumatlarınızı digərlərinə təqdim etməyəcək.
Bəs qara eynək taxsam?

Federighi-nin sözlərinə əsasən Face ID, bir çox gün eynəkləri
ilə çalışmaq özəlliyinə sahibdir. “Hətta polyarlaşdırılmış eynəklər də heç bir
problem yaratmır. Mən özüm bu cür eynəklərdən istifadə edirəm. Bir çox linzalar
yetəri dərəcədə infraqırmızı şüalar buraxmağa qadirdir. Bu isə o deməkdir ki,
adi insanın görmədiyi gözləri, smartfon rahatlıqla görə biləcək. Təbii ki, elə
linzalar da var ki, onların səthləri, infraqırmızı şüaları block edir. Bu halda
siz ya şifrədən istifadə edə və ya sadəcə olaraq eynəyinizi çıxara bilərsiniz”.
Bəs maskalar barədə necə?

Face ID-nin çalışması üçün texnologiya sizin gözlərinizi,
burnunuzu və ağzınızı görməlidir. Bu o deməkdir ki, əgər sadalanmış hissələr
maska ilə bağlıdırsa, onda funksiya işə düşməyəcək və siz, şifrədən istifadə etməli olacaqsınız. “Məsələn əgər siz cərrah peşəsində çalışır və təhlükəsizlik
maskası geyinirsinizsə, smartfon sizin üzünüzü təyin edə bilməyəcək. Lakin əgər
siz dəbilqə və ya şarf geyinmisinizsə, smartfon sizin üzünüzü tanıyacaq”. Qeyd
etmək laızmdır ki, bu cür problemlər, Touch ID funksiyasında da mövcud idi. Belə
ki, əgər istifadəçinin əlləri yaş idisə və ya onlar əlcək daxilində idisə, onda
Touch ID özəlliyi işə düşmürdü.
Kameraya düz baxmaq şərtdir mi?

Sadəcə olaraq smartfonun ön panelinə baxmaq lazımdır. Lakin görmə problemi olan
insanlar, “diqqət detektoru” özəlliyinin aktiv olduğu halda Face ID
funksiyasından istifadə zamanı bir sıra problemlər ilə qarşılaşa bilərlər. Lakin
həmin özəlliyi və Face ID funksiyasını deaktiv etmək mümkündür.
Hansı məsafədə və hansı bucaq altında smartfonu tutmaq
lazımdır?

“Məsafə təqribi olaraq selfi çəkdiyiniz zaman smartfonu
tutduğunuz məsafə kimi olmalıdır. Əsas odur ki, kadra sizin gözləriniz,
burnunuz və ağzınız düşsün. Məhz buna görə də smartfon sizi hətta müxtəlif
bucaqlar altında da tanıya biləcək”.
Hökümət “Apple”dan mənim Face ID məlumatlarımı tələb edə bilər
mi?

Bu halda şirkət sadəcə olaraq məlumatları verməyəcək. Artıq
qeyd edildiyi kimi şirkət sizin biometrik məlumatlarınızı hətta anonim şəkildə
də əldə etməyəcək. Siz, alqoritmə təlim keçdiyiniz zaman bütün məlumatlar dərhal
sizin cihazınızda riyazi model şəklində yazılır. Beləliklə sizin üzünüzün
kopyasını yaratmaq qeyri-mümkün olur. Ümumilikdə isə bu məlumatlar sizin
smartfonunuzu tərk etmir.
iPhone-nun təhlükəsizliyi üçün Face ID funksiyasını və şifrə
özəlliyini eyni anda tətbiq etmək olar mı?

Rəqəmsal və biometrik təhlükəsizlik üsullarının birləşməsi,
yaxın gələcəkdə təqdim oluna bilər. “Biz bu sualı müzakirə etmişik. Bir
çoxlarının diqqətini bu cür iki faktorlu autentifikasiya üsulu cəlb edib. Şifrə
o halda lazım ola bilər ki, siz öz xarici görünüşünüzü mümkün qədər çox dəyişmisiniz”
– deyə Federighi bildirib.
Hansısa halda Face ID funksiyasını tez deaktiv etmək olacaq
mı?

Məsələn əgər sizə oğru hücum edib və sizin telefonunuzu tələb
edir. “Köhnə modellərdə yandırıb/söndürmə düyməsini 5 dəfə klik etmək kifayət
idi. iPhone 8 və iPhone X-də isə cihazların hər iki tərəfində yerləşən düymələri
klik edib basılı vəziyyətdə saxlamaq lazımdır. Nəticədə smartfonun ekranında
söndürmə düyməsi əks olacaq və Face ID, avtomatik olaraq deaktiv olacaq. Beləliklə
əgər sizə oğru hücum etsə, əlinizi cibinizə salıb telefonu sıxın. Bu üsul ilə
iPhone 8-də Touch ID özəlliyini deaktiv etmək mümkün olacaq”.
Üz skanı zamanı, reklam videosunda olduğu kimi iPhone, üzə
işıq saçır mı?

Bir çoxları düşünür ki, üzün skanı zamanı iPhone, istifadəçinin
üzünə parlaq işıq saçacaq. Lakin bu belə deyil. Üzün analizi üçün smartfona adi
işıqlandırılmış mühit kifayət edir. Əgər siz qaranlıqda olsaz, onda smartfon,
infraqırmızı şüalanmadan istifadə edəcək. Buna görə də adi səviyyədən yüksək
işıqlandırmaya iPhone X sahib deyil”.
Mənbə: www.Techcrunch.com (Matthew Panzarina)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
