Face ID və Touch ID. Hansı yaxşıdır?

Face ID və Touch ID. Hansı yaxşıdır?

14.09.2017 PAYLAŞIM

12 Sentyabr tarixində təqdim olunmuş iPhone X, Home düyməsindən məhrum olduğu üçün Touch ID texnologiyasını da daha özündə birləşdirmir. Onun yerinə isə üz skanı texnologiyası Face ID-i gəldi. Lakin o daha yaxşı mı oldu?

Təqdimat zamanı Face ID ilə bağlı xoş olmayan bir hadisə baş verdi. Belə ki, Craig Federighi, Face ID vasitəsilə iPhone X-i, blockdan çıxartmaq istəyəndə, smartfon heç bir reaksiya vermədi. Bir çox xəbər agentlikləri bunu böyük problemə çevirdilər. Əslində isə məsələ texnologiya ilə deyil, iPhone X-in öz ilə bağlı idi. Belə ki, həmin funksiyanın təqdimatından öncə smartfon təkrar olaraq işə salınmışdı. Hətta köhnə model iPhone-larda belə, yenidən işə salınmadan sonra şifrə tələb olunur.

Müsbət cəhət: Face ID, qaranlıqda da çalışır:

Sadəcə olaraq smartfona baxmaq kifayətdir. Onu hansısa bucaq altında üz önündə tutmağa ehtiyac yoxdur. Hər şey sadə. Lakin Touch ID, daha rahat görünür. Belə ki, smartfonu cibdən çıxarıb dwyməyə klik edərək onu blockdan çıxartmaq mümkündür. Lakin buna baxmayaraq Face ID, Touch ID-dən daha təhlükəsizdir. Təqdimat zamanı bu məsələyə çox vaxt sərf etdilər. Əgər keçmiş iPhone modellərində Touch ID vasitəsilə digər barmaq sayəsində smartfonu blockdan çıxartmaq ehtimalı 50.000-də 1-ə bərabərdirsə, Face ID texnologiyasında bu ehtimal milyonda 1-ə bərabərdir. Nöqtələr proyektoruna, infraqırmızı şüalanma və infraqırmızı sensorlara sahib TrueDepth kameralar sistemi, üzün modelini yaradaraq, smartfonun qarşısında onun sahibinin olduğunu təyin etmək üçün süni zəkadan istifadə edir.

Müsbət cəhət: Face ID rahatdır:

Təsəvvür edək ki, sizin əlləriniz yaşdır. Bu halda siz öz telefonunuzu, Touch ID vasitəsilə blockdan çıxarda bilməyəcəksiniz. Əgər bu sizdə alınsa belə, deməli sizin bəxtiniz gətirib. Face ID-də isə belə bir problem olmayacaq. Belə ki, kamera üçün fərqi olmayacaq ki, siz necə görünürsünüz. Təqdimat zamanı şirkət qeyd etmişdi ki, texnologiya, öyrənmə qabiliyyətinə sahibdir və hətta sizin üzünüzdə makiyaj, saqqal, eynək və ya hansısa geyim detalı olsa belə, o, smartfonu aktivləşdirməyə qadir olacaq.

Mənfi cəhət: Bu texnologiya vasitəsilə nəyi gözləmək lazım olduğu məlum deyil:

Hər şey qulağa xoş səslənsə də cihazı test etmək laızmdır. Ola bilər ki, 2 ay ərzində şirkət həmin sistemi elə yüksək səviyyədə təkmilləşdirəcək ki, hamı Touch ID texnologiyasını unudacaq. Lakin hər şeyin nəticə etibarilə qəmgin şəkildə bitməsi ehtimalı da var. Hal hazırda Face ID, çox perspektivli və maraqlı texnologiya kimi görünür. Bir neçə ildən sonra o daha sadə və istifadədə daha rahat olacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..