'Facebook', 'Amazon'un öz banklarına sahib ola biləcəkləri və 2018-ci il üzrə fintech sahəsinin digər proqnozları

'Facebook', 'Amazon'un öz banklarına sahib ola biləcəkləri və 2018-ci il üzrə fintech sahəsinin digər proqnozları

Texnologiya
13.12.2017 PAYLAŞIM

Dünyanın fintech cəmiyyətindən olan mütəxəssislər 2018-ci il üzrə sənaye üçün proqnozlarını veriblər.

Bu barədə Fortune saytı xəbər verib. Proqnozlar elektron ödənişləri, aktivlərin idarə olunmasını və maliyyə xidməti sahəsinin digər texnologiyalarını əhatə edib. Beləliklə 2018-ci ildə Alexa Siri kimi səsli köməkçilər sayəsində elektron ödəniş servisləri geniş yayılacaq. “Facebook” və “Amazon” isə öz banklarına sahib ola bilərlər.

Ödənişlər:


Bain Capital Ventures” şirkətindən olan Matt Harris-in proqnozuna əsasən 2018-ci ildə “Siri bunu mənim Visa kartım vasitəsilə al” və “Alexa, digər kartdan istifadə edərək mənə onu sifariş et” kimi cümlələr daha çox səslənəcək. O düşünür ki, səs gələcəyin ödənişi üçün ideal interfeysdir. Elektron ödənişlərin bütün sistemlərinə gəldikdə isə burda alışdan sonra tranzaksiyaların emalını təklif edən şirkətlər inkişaf etməkdə davam edəcəklər. “JP Morgan Chase” kimi böyük şirkətlər nəhəng offline satıcılara öz diqqətlərini yönləndirdikləri bir vaxtda böyüməkdə davam edən elektron kommersiya sektoru isə həmin şirkətlərdən böyük olmayan startaplara üz tutur.

Bankinq:

Wal-Mart tərzli riteylerlər uzun zamandır ki, bank işi ilə məşğul olmaq arzusundadırlar və 2018-ci ildə çox güman ki, nizamlayıcı orqanlar bunu etməkdə onlara icazə verəcəklər. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Bank of AmazonFacebook Financial kimi maliyyə şirkətləri yarana bilər. Bu isə ənənəvi adi banklar üçün problemdir. Belə ki, İT şirkətlər onların qarşısında bir sıra üstünlüklərə sahibdirlər. Ən əsası isə odur ki, onlar öz müştərilərini daha yaxşı bilir və başa düşürlər. Bu cür üstünlüklər sayəsində onlar xidməti maksimal dərəcədə individual edə bilərlər. Hazırki vaxtda isə heç bir bank buna qadir deyil.

Aktivlərin idarə olunması:

Son 12 ay ərzində qənaətlərin idarəsi və onların genişləndirilməsində yardımçı olan avtomatlaşdırılmış robot məsləhətçilər ilə insanları birləşdirən bir çox servislər istifadəyə verilib. 2018-ci ildə bu tendensiya daha da inkişaf edəcək. Daha gənc müştəriləri cəlb etmək üçün böyük banklar aktivlərin idarə olunmasında yardımçı olacaq çatbotları təklif edəcəklər. Mütəxəssislərin proqnozlarına əsasən 2020-ci ilə kimi rəqəmsal köməkçilərin idarəetməsində 1 trilyon dollar vəsait olacaq. Əgər əvvəllər bu sahədə kiçik startaplar hegemonluq edirdilərsə, yaxın gələcəkdə böyük banklar tərəfindən həmin startaplar sözügedən sahədən sıxışdırılıb çıxarılacaqlar.

İnvestisiyalar:

Andreessen Horowitz” şirkətinin mütəxəssislərinin proqnozlarına əsasən 2018-ci ildə investorlar fintech şirkətlərə investisiya yatırmayacaqlar. Bu dövr artıq geridə qalıb. Hal hazırda fintech bazarında inkişafın ikinci mərhələsinə keçid etmiş məşhur oyunçular var. Genişlənmək üçün pul vəsaitləri lazımdır və investisiyalar artıq məşhur və uğurlu şirkətlərə ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×