
“Facebook” şirkəti özünün hazırladığı süni zəka sistemi üzərində işləri dayandırmalı olub.
Belə ki, sözügedən sistem əsasında hazırlanmış 2 çatbot, idarəetmədən çıxaraq öz aralarında, yaratdıqları yeni dil vasitəsilə ünsiyyət qurmağa başlamışdılar. İlk əvvəl sözügedən 2 çatbot öz aralarında ingilis dili vasitəsilə ünsiyyət qururdular. Lakin sonradan həmin çatbotlar ünsiyyət üçün digər bir dil yaratdılar və həmin dil yalnız süni zəka sistemi tərəfindən başa düşülürdü. Bu isə öz növbəsində sistemin iş prinsipini pozurdu. Mütəxəssislər həmin problemi aşkar edəndən sonra “Facebook”, süni zəkanın işini dayandırıb. Həmin 2 çatbota arasındakı ingilis dilində olmuş ünsiyyətdən bir fraqmenti sizlərə təqdim edirik.
Alice: Balls have zero to me to me to me to me to me to me to me
Yuxu və onun mərhələlərinin elmdə izahı
Bob: You I everything else
Alice: Balls have a ball to me to me to me to me to me to me to me
Bob: I
Alice: Balls have zero to me to me to me to me to me to me to me
Bob: You i i i i i everything else
Çatbotlarla baş vermiş bu hadisə, Elon Musk ilə Mark
Zuckerberg arasında baş vermiş süni zəka mübahisəsindən sonra baş verdi. Qeyd
etmək lazımdır ki, Elon Musk, süni zəkanı, insanlığın ən böyük təhlükə mənbəyi
hesab edir.
Şərh yoxdur