
Facebook'dakı texniki xətaya görə 14 milyon istifadəçinin gizli paylaşımları hamı üçün görünən olub
Elm & Texnologiya
08.06.2018
Emil
Facebook ayarlarının test
yoxlanışı zamanı baş vermiş texniki xəta nəticəsində 14 milyon istifadəçinin
yalnız müəyyən kateqoriya istifadəçi üçün görünə biləcək paylaşımları public şəklində
hamıya görünüb. Bu barədə şirkət özü bildirib. O həmçinin qeyd edib ki, bu
texniki xəta artıq aradan qaldırılıb. Sözügedən hadisə 18-27 May tarixləri
arasında baş verib. Şirkət həmin xətanın aradan qaldırılması üçün 5 gün vaxt sərf
edib. Lakin yerdə qalan paylaşımları yenidən gizli etmək yalnız 27 May tarixində
mümkün olub.

Adətən istifadəçi hansısa paylaşımı paylaşmazdan öncə sosial şəbəkə
həmin paylaşımı hansı istifadəçi kütləsi ilə paylaşmaq seçimini təqdim edir. Əgər
əvvəlki paylaşımlar “yalnız dostlar üçün” olubsa deməli yeni paylaşımlar da həmin
kateqoriya insanlar üçün olacaq. Lakin yaranmış sistem xətası nəticəsində hətta
köhnə paylaşımların müəyyən kateqoriya insanlar üçün görünməsi halında belə
yeni paylaşımlar hamı üçün görünən olublar. Şirkət bu problemlə qarşılaşmış
bütün istifadəçilərə bu məsələ ilə bağlı bildiriş göndərib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
