Logo
    main-post-cover

    'Facebook' Flick adlı yeni zaman vahidi yaratdı

    Elm & Texnologiya
    23.01.2018
    Emil
    “Facebook” komandası Flicks layihəsini təqdim edib.
    Flick saat, dəqiqə və saniyə kimi yeni real zaman vahididir. GitHub-dakı məlumatlara əsasən Flick ən kiçik zaman vahididir. O, nanosaniyədən böyükdür və 1/705 600 000 saniyə kimi qeyd olunur. Müqayisə üçün qeyd etmək lazımdır ki, nanosaniyə 1/1 000 000 000 saniyə kimi qəbul olunur. Bu isə öz növbəsində Flick-i 1.41723356 nanosaniyə uzunluqlu zaman vahidi edir. Lakin bizə niyə yeni zaman vahidi lazımıdr. Əslində Flick-i praktiki cəhətdən istifadə etmək olar.
    Bu zaman vahidi elə yaradılıb ki, o, videonun səhnələşdirilməsi üçün ideal uyur. Əgər kadrın uzunluğunu nanosaniyə səviyyəsində deyil flick səviyyəsində ölçsək sinxronlaşdırma hər zaman zamanın bölünməyən vahidlərinə ideal şəkildə yazılacaq. Bununla belə video istənilən tezlikdə ola bilər: 24 Hz, 25 Hz, 30 Hz, 48 Hz, 50 Hz, 60 Hz, 90 Hz, 100 Hz və ya 120 Hz. Günümüzdə sixronlaşdırma üzrə çalışmaq üçün proqramçılar C++ alətlərindən istifadə edirlər. Əsasən də CGI-da vizual effektlər sahəsində. Lakin C++ - da dəqiq tayming yalnız nanosaniyələr vasitəsilə mümkündür. Həmin nanaosaniyələr isə bir çox kadrlara uyğunlaşmır. Nəticədə onları bölmək lazım gəlir. Beləliklə Flick bu problemi aradan qaldırır. 
    Paylaş
    Bənzər xəbərlər