main-post-cover

    Facebook ilə Google porno saytların istifadəçilərini izləyirlər

    18.07.2019
    Farid Pardashunas
        Facebook Google kimi böyük IT şirkətlər porno saytların istifadəçilərini izləyirlər. Bu izlənmə prosesi hətta istifadəçilərin inkognito rejimində olduqları zaman da reallaşdırılır. Bu barədə məlumat ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları tərəfindən aparılmış tədqiqatda bildirilib. Bu barədə Rusbase saytı xəbər verib. Alimlər böyüklər üçün kontentləri özlərində birləşdirən 22.484 saytı analiz edəndən sonra belə nəticəyə gəliblər ki, həmin saytların 93%-i istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür.
        Bu məlumatların böyük bir hissəsi cookies vasitəsilə göndərilir. Tədqiqat çərçivəsində məlum olub ki, Google şirkəti (və ya onun strukturuna daxil olan digər bir şirkət, məsələn DoubleClick reklam platforması) porno saytların 74%-ni izləyir. Sistem əməliyyatı istehsalçısı olan Oracle şirkəti həmin saytların 24%-ni, Facebook şirkəti isə 10%-ni izləyir. Bununla belə Facebook öz platformalarında pornoqrafik xarakterli kontentlərin yerləşdirilməsini qadağan edir.
        Mütəxəssislər qeyd ediblər ki, analiz edilmiş 22.484 saytın yalnız 17%-i şifrələnmiş vəziyyətdədir. Bu isə o deməkdir ki, istifadəçilərin məlumatları kiberhücumlar üçün yaxşı səbəb ola bilər. Google ilə Facebook-un bu cür konfidensial məlumatları hansı səbəblə yığdıqları hələki aydın deyil. Şirkətlər porno saytlardan yığılmış məlumatların marketinq məqsədləri üçün istifadə edilməsi iddiasını təkzib ediblər. Bununla belə əgər əldə olunmuş məlumatlar texniki cəhətdən anonimdirlərsə və marketinq məqsədləri üçün istifadə olunmurlarsa da onlar şirkətlərin serverlərinə keçə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər