Facebook illərlə istifadəçilərin şifrələrini şifrələnməmiş şəkildə saxlayırmış

Facebook illərlə istifadəçilərin şifrələrini şifrələnməmiş şəkildə saxlayırmış

Texnologiya
22.03.2019 PAYLAŞIM

    Facebook şirkəti illərlə istifadəçilərin yüz milyonlarla şifrəsini şifrələnməmiş vəziyyətdə saxlayıb. Sosial şəbəkə kibertəhlükəsizlik üzrə yazılar yazan jurnalist Brian Krebs-in bu barədə xəbər verməsindən sonra yaranmış sistem boşluğunu etiraf edib. Bu barədə Rusbase saytı xəbər verib. “Yanvar ayında planlı şəkildə keçirilmiş təhlükəsizlik yoxlanışı zamanı biz aşkar etdik ki, istifadəçilərin bəzi şifrələri Facebook-un daxili sistemlərində oxunula bilən formatda saxlanılıb. Bu, bizim sistemlərimizin şifrələri oxunula bilməyən formatda saxlanmasını təmin etməli olmasına baxmayaraq baş verib” – deyə Facebook şirkəti bildirib.

    Facebook şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Pedro Canahuati bildirib ki, şirkət artıq bu boşluğu aradan qaldırıb və yaxın zamanda şifrələri şifrələnməmiş şəkildə saxlanılmış istifadəçilərə bu barədə xəbər veriləcək. Baxmayaraq ki, Facebook şirkəti bildirib ki, o, sistem boşluğunu yanvar ayında aşkar edib, şirkət bu barədə məlumatı yalnız 19 martda Brian Krebs tərəfindən təqdim olunmuş məqalədən sonra verib. Jurnalist Brian Krebs öyrənib ki, bu sistem boşluğu 200-600 milyon istifadəçini əhatə edib və onların şifrələri 2012-ci ildən bəri şifrələnməmiş vəziyyətdə saxlanılıb.

Bənzər xəbər


    Krebs-in istintaqına əsasən oxunula bilən formatda qalmış şifrələrə Facebook şirkətinin 20.000 əməkdaşı baxa bilərmiş. Canahuati buna fikir bildirən zaman qeyd edib ki, həmin şifrələr Facebook-dan kənara çıxmayıb və onlar şirkət əməkdaşlarından kiminsə həmin məlumatlardan istifadə etməsi üzrə hansısa halı aşkar etməyiblər. 1 il bundan öncə bu cür problem ilə həmçinin GitHub Twitter servisləri də qarşılaşmışdılar. Onlar etiraf etmişdilər ki, öz istifadəçilərin şifrələrini oxunula bilən formatda saxlayıblar. Lakin Krebs-in qeyd etdiyi kimi sözügedən iki servisin halında şifrələr çox az sayda əməkdaşa açıq olub və həmin müddət Facebook-un halındakı kimi çox çəkməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..

×