
Facebook istifadəçi məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürürmüş
Elm & Texnologiya
04.06.2018
Emil
Facebook sosial şəbəkəsi istifadəçi
məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürürmüş. Bu barədə The New York Times saytı xəbər
verib. Məlumata əsasən 2008-ci ildən bəri Facebook bu məsələdə 60 smartfon istehsalçısı
ilə tərəfdaşlıq edib. Onların sırasında Apple, Amazon, BlackBerry, Microsoft və
Samsung şirkətləri də var. Məlumata əsasən şirkətlərin bir hissəsi istifadəçilərin
dini, siyasi baxışları və s. kimi məlumatları onlardan icazəsiz əldə edə bilir.
The New York Times bildirib ki, Facebook bu ilin Aprel ayından bu tərəfdaşlıqlara
son qoymağa başlasa da onlardan bəziləri qüvvədə qalmaqda davam edir. Sosial şəbəkə
isə şirkətlər ilə olan tərəfdaşlığı barəsində məlumatları gizli saxlayır. Apple
şirkətinin təmsilçiləri bildiriblər ki, şirkət istifadəçi məlumatlarından ona
görə istifadə edib ki, istifadəçilər tətbiqə daxil olmadan sosial şəbəkəyə foto
yükləyə bilsinlər. Şirkət həmçinin bildirib ki, o bu özəllikdən 2017-ci ilin
Sentyabr ayından bəri məhrum olub. Samsung və Amazon şirkətləri isə bu məsələdə
rəy bildirməkdən imtina ediblər.
Facebook şirkətinin təmsilçiləri bildiriblər
ki, sosial şəbəkənin tərəfdaşlarından bəziləri istifadəçilər və onların
dostları barəsindəki məlumatları özlərində saxlayırlar. Onların sözlərinə əsasən
şirkətlər həmin məlumatların mübadiləsini sosial şəbəkənin konfidensiallıq
siyasəti və ABŞ-ın Ticarət üzrə Federal Komissiyasının şərtləri çərçivəsində
reallaşdırırlar. Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında Facebook istifadəçi
məlumatlarının sızdırılması məsələsi ilə bağlı böyük qalmaqalın səbəbkarı
olmuşdu. Belə ki, bu ilin Mart ayında şirkət öyrənmişdi ki, 87 milyon Facebook
istifadəçisinin məlumatları sızdırılmışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
