
Facebook istifadəçilərin telefon nömrələrindən və üz tanıma sistemlərindən suistifadə edir
Elm & Texnologiya
24.07.2019
Emil
ABŞ-ın federal ticarət komissiyası (FTC) Facebook şirkətinin istifadəçilərdən razılıq əldə etmədən onların telefon nömrələrindən necə istifadə etməsinə qarşı iddiaları var. Bu barədə The Washington Post saytına istinadən Macdiggger saytı xəbər verib. Məlumata əsasən reklam verənlər öz mobil nömrələrini iki faktorlu autentifikasiya üçün təqdim etmiş istifadəçilərə targetinq reklamı qura biliblər.
Bundan əlavə olaraq reklam verənlər üz tanıma sistemlərinə həmin istifadəçilərin fotolarda qeyd olunmasına da icazə veriblər. Bu hər iki hal istifadəçilərin konfidensiallıq qanunlarını tamamilə pozur. Bununla yanaşı istifadəçiləri fərdi məlumatlardan bu cür istifadə olunması barəsində heç kim məlumatlandırmayıb.
Bu məsələ ilə bağlı şikayətlərin qüvvəyə minməsi üçün sosial şəbəkənin günahı boynuna almasına ehtyac yoxdur. Belə ki, yeni şikayətlər keçən il 87 milyon Facebook istfadəçisinin şəxsi məlumatlarının sızdırılması hadisəsindən sonra Facebook-un konfidensiallıq siyasətinə qarşı start verilmiş istintaqın bir hissəsidir. Güman olunur ki, həmin istintaq bu həftə sona çatacaq. Nəticə etibarilə Facebook şirkəti bu məsələyə görə 5 milyard dollar dəyərində cərimə ödəyə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
