
Facebook, istifadəçilərin yerləşdikləri yerlər vasitəsilə dostların axtarış sisteminin patentini alacaq
Elm & Texnologiya
12.11.2018
Emil
Facebook şirkəti fiziki olaraq yaxın ərazidə yerləşən sosial şəbəkə istifadəçiləri arasında dostların axtarılması üçün nəzərdə tutulmuş sistemin patentini əldə etmək üçün sorğu göndərib. Yeni sistem iki istifadəçinin yaxın ərazidə olduqları halları təyin edərək həmin istifadəçilərə bir-birilərini dostlar siyahısına daxil etməyi təklif edəcək. İstifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatlardan əlavə olaraq sistem sözügedən iki istifadəçi arasında olmuş əvvəlki görüşləri və həmin görüşlərin nə qədər müddət çəkdiyini təyin edəcək.
İstifadəçilərin məqsədyönlü olaraq eyni istiqamətdə getdiklərini və ya təsadüfən eyni yerdə qarşılaşdıqlarını anlamaq üçün sistemin müəllifləri smartfonda olan naviqasiya sisteminin aktiv edilməsini təklif edirlər. Facebook şirkəti bildirib ki, bu patentin istifadə olunacağı şərt deyil. Şirkət eyni zamanda qeyd edib ki, patent məlumatlarını şirkətin gələcək planları ilə əlaqələndirməyə ehtiyac yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
