Facebook, istifadəçinin hərəkət istiqamətini öncədən təyin edən texnologiyanın patentini alıb

Facebook, istifadəçinin hərəkət istiqamətini öncədən təyin edən texnologiyanın patentini alıb

Texnologiya
12.12.2018 PAYLAŞIM

    Facebook şirkəti istifadəçilərin gedəcəkləri istiqamətləri öncədən təyin etməyi bacaran 3 texnologiya üzrə patentə sahibdir. Facebook şirkəti bildirib ki, bu cür texnologiyaların patentlərinin olması o demək deyil ki, şirkət onları yaxın gələcəkdə tətbiq edəcək. Qeyd etmək lazımdır ki, Facebook-un mobil tətbiqi istifadəçilərin yerləşdikləri yerlər üzrə məlumatları onsuzda yığır. Bunun sayəsində şirkət istifadəçilərə daha effektiv reklamları təqdim edə bilir. Bundan əlavə olaraq bu texnologiya vasitəsilə sosial şəbəkənin “Nearby Friends” funksiyası çalışır və həmçinin bunun sayəsində istifadəçilər öz paylaşımlarına yerləşdikləri yerlər barədə məlumatları əlavə edə bilirlər. Lakin görünür, şirkət bununla yetinən deyil.

    Belə ki, istifadəçilərin gələcək hərəkət istiqamətlərini öncədən təyin etməyi bacaran alqoritmlər barəsində məlumatlar ortaya çıxıb. Bu məlumatları BuzzFeed saytı verib. Həmin texnologiyalardan biri də “Ofline trayektoriyalar” adlanır. Sözügedən texnologiyanın patentində əks olunmuş məlumata əsasən bu texnologiya istifadəçinin loqları və həmin istifadəçini əhatə edən digər istifadəçilərdən olan məlumatlar sayəsində istifadəçinin internetə qoşulu olmayan zonaya nə zaman daxil olacağını öncədən təyin edə bilir. Bu halda Facebook maraqlı kontentlərin məhz ofline rejimdə baxılması üçün həmin kontentlərin yaddaşda saxlanmasını təklif edə bilər.

Bənzər xəbər


    Şirkətin digər bir patentində isə aktivləşdirilmiş Bluetooth NFC istifadəsi sayəsində Wi-Fi qoşulma nöqtələri vasitəsilə istifadəçinin yerləşdiyi yeri təyin etmək texnologiyası əks olunub. Bu texnologiya sayəsində istifadəçinin hansısa restoranda və ya idman zalında olmasını, istifadəçinin yerləşdiyi məkanın çalışma zamanlarını, və istifadəçinin həmin məkana ilk dəfə olaraq nə zaman gəldiyini təyin etmək olar.

    Əldə olunmuş bu məlumatlar əsasında süni zəka alqoritmləri istifadəçinin vərdişlərini və onun davranışlarını təyin edə bilərlər. İstifadəçinin yerləşdiyi yerin təyin olunması üçün nəzərdə tutulmuş bu texnologiya o qədər dəqiqdir ki, o hətta GPS texnologiiyasını əvəz edə bilər. Şirkətin üçüncü patenti isə istifadəçinin yerini təyin edərək ona maraqlı ola biləcək məkanları təklif etməyi bacaran texnologiyadan bəhs edir. Sənəddə qeyd olunub ki, sözügedən alqoritm əsasən reklamlar üçün nəzərdə tutulub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×