Facebook, məlumatları oğurlanmış istifadəçilərin dəqiq sayını açıqladı

Facebook, məlumatları oğurlanmış istifadəçilərin dəqiq sayını açıqladı

Texnologiya
13.10.2018 PAYLAŞIM

    Facebook Sentyabr ayının sonunda bildirmişdi ki, kimlikləri bilinməyən hackerlər sosial şəbəkə istifadəçilərinin məlumatlarını əldə ediblər. Həmin vaxtda şirkət dəqiq olaraq neçə milyon istifadəçinin məlumatlarının oğurlandığını bilmirdi. Lakin şirkət bildirmişdi ki, potensial olaraq 50 milyon Facebook istifadəçəsinin məlumatları oğurlanmış ola bilər. Beləliklə bir müddət keçəndən sonra Facebook şirkəti rəsmi göstəricini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən hackerlər 30 milyon istifadəçinin məlumatlarını oğurlayıblar.

    Beləliklə 15 milyon istifadəçinin adları, kontaktlarının məlumatları, telefon nömrələri və elektron poçt ünvanları, 14 milyon istifadəçinin adları, kontaktlarının məlumatları, istifadə olunan cihazlarının məlumatları, sosial şəbəkə hesabında qeyd edilmiş cins məlumatları, istifadə olunan dillər barəsində məlumatlar, münasibət vəziyyətləri məlumatları, doğma şəhərləri barəsində məlumatlar, doğulma tarixləri, təhsil, iş yeri, dini baxışlar haqqında məlumatlar, sonuncu dəfə daxil olunmuş 9 Facebook səhifəsi və axtarış sistemində sonuncu dəfə edilmiş 15 sorğu məlumatları oğurlanıb. Yerdə qalan 1 milyon istifadəçinin isə məlumatları toxunulmaz olaraq qalıb.

Bənzər xəbər


    İsitfadəçilərin özəl mesajları və Facebook hesablarına bağladıqları bank kartları barəsində məlumatların oğurlanması müşahidə olunmayıb. Bu hadisə ilə balı şirkət xüsusi səhifə də yaradıb. Həmin səhifədən istifadə etmək üçün istifadəçi Facebook-dakı dili ingilis dilinə dəyişməlidir. Bundan sonra həmin səhifədən istifadə edərək istifadəçi öyrənə bilər ki, onun məlumatları oğurlanıb yoxsa yox. Bundan əlavə olaraq yaxın zamanda Facebook bu hadisədən zərər çəkmiş istifadəçilərə bununla bağlı xüsusi bildiriş də göndərəcək. Facebook-un verdiyi məlumata əsasən bu kiberhücum şirkətin digər servislərinə (Messenger, Messenger Kids, Instagram, Whatsapp, Oculus, Workplace, Pages, ödənişlər sistemi, kənar tətbiqlər, reklam hesabları və tərtibatçıların hesabları) təsir etməyib. Qeyd etmək lazımdır ki, Facebook şirkəti FBI, ABŞ-ın federal ticarət komissiyası və İrlandiyanın məlumatların qorunması üzrə komissiyası ilə bu hadisə üzrə öz istintaqını davam etdirir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×