main-post-cover

    “Facebook” modulyar smartfon telefon istehsal edəcək

    22.07.2017
    Orxan Jafarli
    “Facebook” tərəfindən edilən bir patent müraciəti, şirkətin modulyar smartfon istehsal etmək üçün işlər gördüyünü ortaya çıxardı.
    “Google” tərəfindən inkişaf etdirilən və parçaları çıxarılıb taxılabilən smartfon telefon layihəsi Project Ara, sektorda böyük bir həyəcan oyandırmış olsa da, təəssüf ki, müvəffəqiyyətli ola bilmədi və işlər dayandırıldı.
    Project Ara sonrasında Facebook-un smartfon telefon proyektini üzərinə götürmək istədiyinə dair söz-söhbətlərin həqiqi olduğu, şirkət tərəfindən edilən bir patent müraciəti ilə böyük nisbətdə təsdiqlənmiş oldu.
    Facebook, Project Ara komandasını  böyük nisbətdə tamamladı!
    Facebook, Cümə axşamı günü  reallaşdırdığı patent müraciətində modulyar elektromexanik bir cihaz olaraq ifadə etdiyi məhsulun mikrofon, sensor ekran, GPS və hətta telefon funksiyasına sahib olduğunu ifadə edərkən, məhsulun qarşımıza necə çıxacağını açıqlamaqdan çəkinir.
    Project Ara-nın sonlandırılması ilə birlikdə bu komandada iştirak edən onlarla mühəndisi tərkibinə daxil edən  Facebook, Building 8 adlı komandanın  başına daha əvvəl DARPA-da idarəçi  vəzifəsin də çalışan Regina Dugan-ı gətirdi.
    Modulyar smatfon telefonlar ilə istifadəçilərin yeni modellərə keçid etməsinə ehtiyac qalmadan, kamera və ekran kimi təchizatlarını deyişdirəbilmesi hədəflənir. Ancaq, bu texnologiyanın günlük həyat üçün uyğun hala gəlməsi çox uzun bir zaman alacaq kimi görünür.
    Çünki, fərqli təchizatlar arasında uyğunluq təmin edilməsi üçün xüsusilə proqram tərəfində olduqca yaxşı və müstəqil işləyə bilən bir infrastruktura ehtiyac var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər